Aydın Mirzəzadədən Elçin Quliyev və Məleykə Abbaszadəyə təklif: “BU ƏSGƏRİ İMTAHANSIZ SƏRHƏD AKADEMİYASINA QƏBUL ETMƏK OLAR”

Bu ilin əvəlindən Ermənistan-Azərbaycan sərhəd xəttində Azərbaycan tərəfində sərhəddi Milli Ordunun deyil, Dövlət Sərhəd Xidmətinin əsgərləri qorumağa başladı.

Sərhəd olmasına baxmayaraq, əslində bu qonşu ölkə ilə sərhəddimiz əsl cəbhə xəttidir : qarşı tərəfdə Ermənistan ordusu keşik çəkir, erməni hərbiçiləri vaxtaşırı Azərbaycan ərazisini atəşə tutur, düşmən tərəfdən vaxtaşırı ərazimizə təxribatçı qruplar göndərilir.

Ona görə də ilk dövrlərdə Ermənistanla cəbhə xəttində sərhədçilərin yerləşdirilməsi barədə suallar qalxırdı.

Ancaq ötən müddət sərhədçilərin öz üzərilərinə düşən vəzifəni yüksək məsuliyyətlə yerinə yetirdiklərinin şahidi olduq.

elccc

Dünən Ermənistan silahlı qüvvələri Qazax istiqamətində növbəti dəfə Azərbaycan sərhəd postlarını atəşə tutdular. Onlara cavab atəşi verildi və hadisə zamanı sərhədçi əsgər sıravi Ceyhun Bayramov yaralanır.

Hadisə barədə məlumat daxil olan kimi DSX rəisi general-polkovnik Elçin Quliyev bölgəyə yollanır, şəraitə qiymət verir. Mövqemiz bar daha yoxlanılır, tapşırıqlar verilir. Ən əsası isə yaralının müalicəsi ciddi nəzarətə götürülür.

Yaralı əsgər helikopterlə Bakıya hərbi hospitala gətirirlir. Ailəsinin Bakıya gəlməsi təmin edilir və müalicəsi barədə məlumat verilir.

Yaralıya baş çəkən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev əsgər Ceyhun Quliyevə göstərdiyi mətinliyə görə təşəkkür edir, onu “Vətənin layiqli əsgəri ” adlandırır.

Əsgərin xidmət müddətinin bitməsinə az qaldığına görə və yralandığı nəzərə alınaraq ona vaxtından əvvəl təxris olunmaq təklif edilir.

İgid sərhədçi bundan imtina edir, axıracan əsgəri xidmət çəkmək istədyini bildirir.

Generalın yaralı əsgərin başından öpməsi şəkli bu gün saytlarda və sosial şəbəkəd geniş yayılmaqdadır.

Bu müstəqil dövlətimizin biri general, biri sıravi rütbəsində olmaqla iki əsgərinin sıx birlik görüntüsü hesab edilə bilər.

Belə igid əsgər bu gün Azərbaycan gəncləri üçün bir nümunədir, gənc nəslin torpaqlarımızın qorunması uğrunda qətiyyətinin simvoludur.

Əsgəri xidmət müddətini axıracan çəkmək istəyən yaralı əsgər bugünkü reallığımızın yetirməsidir.

Fikrimcə, belə qəhrəman əsgəri istisna hal kimi imtahansız Dövlət Sərhəd Xidməti Akademiyasına da qəbul etmək olar.

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Musa Quliyevin Heydər Əliyev və Elçibəylə bağlı Leyla Yunusa-CAVABI: “BİR DAŞNAKIN SÖZÜNDƏN FƏRQİ YOXDUR”

Read Next

Əliyev səudiyyəli naziri qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir