Azərbaycan gündəlik neft hasilatını 35 min barrel azaltmağa razılaşıb?!

Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel azaltmağa razı olub.

Etikxeber.az-ın məlumatına görə, Nigeriya Neft Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, OPEC üzvü olmayan ölkələr gündəlik hasilatı ümumilikdə 612 min barrel azaltmaq barədə razılığa gəliblər.

Məlumata əsasən, Rusiya gündəlik hasilatı 300 min, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya hərəyə 35 min, Bəhreyn və Ekvatorial Qvineya hərəyə 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya hərəyə 4 min barrel azaldacaqlar.

Vyana görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edir.

Etikxeber.az

Read Previous

Nazirlik aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq

Read Next

Yeniyetməlik dövründə spirtli içki içmək gənclərin beynini dəyişdirir – ALİMLƏRin RƏYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir