Azərbaycanın İrandakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir

Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar ölkəmizin İrandakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.

Etikxeber.az xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun, səsvermə hüququna malik vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Hazırda səsvermə prosesi davam edir.

Səsvermədə Tehranda fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirlər.

Etikxeber.az

Read Previous

Əsədov: “Bu səsvermə bir yoxlamadır…”

Read Next

Spiker 22 saylı seçki məntəqəsinə gəldi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0