Azərbaycanla Qazaxıstanın “beyin” mərkəzləri anlaşdı – FOTOLAR

Azərbaycanın “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə Qazaxıstanın “Eurasia News” agentliyinin rəhbəri Nurqali Jusipbay arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Etikxeber.az-ın xəbərinə görə,  əməkdaşlıq memorandumu çərçivəsində ölkə arasında informasiya mübadiləsi həyata keçiriləcək, qarşılıqlı maraq doğuran xəbərlərin daha böyük auditoriyaya çatdırılmasına çalışılacaq.

qazax-1

Həmçinin, xəbərlərdə və şərhlərdə iki ölkənin milli və təhlükəsizlik maraqlarına, o cümlədən ərazi bütövlüyünə xüsusi diqqət yetiriləcək, bu səpgili yazılara və şərhlərə önəm veriləcək.

Bununla yanaşı, iki ölkə arasındakı siyasi, iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq layihələrin reallaşdırılması istiqamətləri araşdırılacaq və bu yöndə hesabatlar hazırlanacaq.

Etikxeber.az

Read Previous

Bəxt hansı ölkənin üzünə güləcək: ƏLCƏZAİRİN, YOXSA, SENEQALIN?

Read Next

Şəkidə baş vermiş hadisə ilə bağlı iki dövlət qurumu yeni açıqlama yaydı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir