Azərbaycan-Aİ münasibətləri: ÜZÜ TƏRƏFDAŞLIĞA, YOXSA?… – RƏYLƏR

“Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Avropa İttifaqı ilə əlaqələrimiz çoxşaxəlidir, müxtəlif istiqamətləri əhatə edir. Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekunlarına münasibət bildirən Milli Məclisin (MM) deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib. O, vurğulayıb ki, Prezident İlham Əliyevin Sammitin plenar sessiyasında çıxışı zamanı da qeyd etdiyi kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır:

“Ticarətimizin demək olar ki, 50 faizini Aİ-yə üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik illərində Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, həm Avropa İttifaqının Azərbaycanla münasibətlərin inkişafına verdiyi əhəmiyyəti göstərir, eyni zamanda, ölkəmizlə bu illər ərzində həyata keçirilən islahatlar nəticəsində yaranmış əlverişli investisiya mühitinin cəlbediciliyini nümayiş etdirir. Bunun nəticəsidir ki, Avropa şirkətləri Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir və maliyyə vəsaiti yatırırlar”.

S. Qafarova deyib ki, Azərbaycan Avropa İttifaqı məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin bu istiqamətdə oynadığı rol yüksək qiymətləndirilir. Avropa İttifaqının üzvü olan bəzi ölkələrin enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Azərbaycanın qaz yataqları Avropa üçün ən yeni və böyük potensiala malik qaz mənbəyi kimi dəyərləndirilir. Siyasi, humanitar və digər sahələrdə də əməkdaşlığın inkişafını yüksək qiymətləndirən deputat bildirib ki, ölkəmizdə demokratik islahatların həyata keçirilməsində, qanunvericilik bazasının təkmilləşdirilməsində Avropa İttifaqı ilə əməkdaşlığın mühüm rolu olub. Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə münasibət bildirən S.Qafarova deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifədir:

“Bu mənada istənilən beynəlxalq təşkilat tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı məsələnin dəstəklənməsi, bununla bağlı qəbul edilən beynəlxalq sənədlər Azərbaycan dövlətinin və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun parlaq uğuru kimi dəyərləndirilməlidir. İclasda çıxışı zamanı Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Ona görə də Birgə Bəyannamədə belə bir bəndin xüsusi vurğulanması, Ermənistan rəsmilərinin təxribat cəhdlərinə baxmayaraq, bu məsələnin sənədə daxil edilməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur. “Həm bu, həm də sadaladığımız digər faktlar fonunda belə bir fikri ifadə edə bilərik ki, Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı və çıxışı, həmçinin Sammitin yekununda qəbul olunan Birgə Bəyannamə Azərbaycanın milli maraqlarının həyata keçirilməsi baxımından olduqca əlamətdardır və Azərbaycanın daha bir parlaq uğuru kimi xarakterizə edilir”.

rauf_aliev_deputat_31243412

Digər millət vəkili Rauf Əliyev də mətbuata açıqlamasında  bildirib ki, Azərbaycanın xarici siyasət strategiyası regionun hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir:

“Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar”.

R.Əliyev bildirib ki, Azərbaycanın reallaşdırdığı böyük  layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini,heç kimdən asılı olmadığını da təsdiq edir. Məhz bu amil də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verməsini şərtləndirir.

“Tərəflər arasındakı siyasi, iqtisadi sahələrlə yanaşı, digər istiqamətlər də əməkdaşlıq üçün xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə sıx təmasların formalaşdırılması əməkdaşlıq əlaqələrinin inkişafına təkan verir. Müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqardyerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə – Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsiAvropa İttifaqı üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Perspektivdə isə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyini və münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyini söyləmək olar”- deyə,  R.Əliyev mətbuata açıqlamasında sonra qeyd edib.

Etikxeber.az

 

Read Previous

“Deyirlər ki, öz ölkəsində idmançılara hətta divarlar da kömək edir…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB (2)

Read Next

QARABAĞDA KARYERASI SONA QƏDƏR UĞURLU OLAN ADAM VARMI? – Deputat yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir