Azərbaycan həmin silahların gücünü Ermənistanın da, Zatulinin də üzərində sınaya bilər – ZAHİD ORUC

Erməni puluna satılmış rusiyalı deputat Konstantin Zatulin Ermənistanda yaranmıış anti-Rusiya ovqatını bir az yumşaltmaq üçün bildirib ki, Rusiyadan Azərbaycana satılan silahlar o qədər də mofidikasiyalı deyil.

Etikxeber.az xəbər verir ki, bunu aprelin 2-də İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında millət vəkili, prezidentliyə namizəd Zahid Oruc deyib.

zahid-secki

O, qeyd edib ki, bu “bəyanat”dan sonra həmin ölkənin xaricində, xüsusilə, düşmən dövlətdə-Ermənistanda, həm də ölkənin daxilində bəzi qüvvələr Azərbaycan ordusu ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yaymaqdadırlar.

“Mən bu gün Müdafiə Nazirliyi ilə də əlaqə saxlamışam və rəsmi şəkildə deyə bilərəm ki, Azərbaycan həmin silahlarını gücünü Ermənistanın, düşmənin üzərində sınaya bilər. Eyni zamanda, əgər Zatulin də erməni hərbi paltarını geyinib, döyüş meydanına atılarsa, bu silahların gücü onun üzərində də sınana bilər. Bu yerdə mən hər şeydən Azərbaycan dövlətinə qarşı istifadə etməyə çalışan daxili qüvvələrə də səslənmək istəyirəm: Orduya müxalifətçilik etməyin. Orduya müxalifətçilk Vətənə müxalifətçiliyə bərabərdir”-deyə, Z. Oruc sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sənin səsin – sənin gələcəyindir” – DANİB-DƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ- FOTO

Read Next

Lavrovun Azərbaycana göndərmək istədiyi səfirdən şübhələnmək haqqımızdır – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir