Azərbaycan şahmatçılarının daha bir zəfəri – OLİMPİADANIN QALİBİ OLDULAR

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb. 

Etikxeber.az  məlumat verir ki, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.

IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız 7-ci görüşlərindən də qalib ayrılıblar. Digər 2 matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adına yiyələnib.

Yarışda gümüş medallara Özbəkistan sahib olub. Asiyalılar millimizdən 1 xal geri qalıblar. İlk “üçlüy”ü 14 xalla Belarus qapayıb.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan 2 yığma ilə təmsil olunub.

Digər təmsilçimiz Azərbaycan-Naxçıvan turnirdə 9 oyundan 3-də qalib gəlib, 2-də heç-heçə edib və 4-də uduzub.

Etikxeber.az

Read Previous

Büdcə müzakirələri başlandı – SABAH DAVAM ETDİRİLƏCƏK – YENİLƏNİB

Read Next

“Şərq tərəfdaşlığı”nın 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir