“Azərbaycan sevgisi bir başqa-mahnılarla bitməz” – AYGÜN SƏMƏDZADƏ PREZİDENTƏ MİNNƏTDARLIQ BİLDİRDİ

“Vətənimi, Dövlətimi sevirəm.Torpagımın ətri gələndə kövrələnlərdən biriyəm.Buradan heç vaxt uzunmüddət ayrı qala bilmirəm.Azərbaycan Sevgisi bir başqa. Mahnılarla bitməz”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış bəstəkar Aygün Səmədzadə ölkə Prezidenti tərəfindən “Xalq artisti” fəxri adına layiq görülməsinə münasibətini bildirərkən deyib.

aygun_semedzade1527748968

“Azərbaycan Respublikasının Xalq Artisti Fəxri adına Azərbaycanın ən gözəl,ən özəl,tarixi günündə-Cümhuriyyətin 100 ilinin 1 günündə layiq görüldüyümdən sevincim çox böyük. Bu gün mənim kimi ad qazanan bütün layiqli sənət dostlarımı təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevə və Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıgımı bildirirəm.Azərbaycanın qələbələrinə,inkişafına aparan bütün addımları ugurlu olsun”-deyə, o, sonra qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezidentlə birinci vitse-prezident “Xəzər Neft və Qaz-2018” sərgisində – FOTO – YENİLƏNİB

Read Next

“Müxtəlif münaqişələr və rəqabət neftin 80 dollaradək artmasına rəvac verib” – NAZİR – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir