“Azərbaycanda inanclı olaraq tutulan adam görməmişəm”-deyən Şeyxülislam eyni zamanda, ERMƏNİ KİLSƏSİNİ DOSTLUĞA ÇAĞIRDI

Biz erməni kilsəsini dostluğa çağırırıq.

Etikxeber.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Bildirib k, biz mərhəmətdən danışırıq:

“Biz həmişə dünyanı dostluğa çağırırıq. Dəfələrlə ermənilərə demişik. Biz din adamıyıq. Dini siyasiləşdirmək olmaz. Biz erməni kilsəsini dostluğa, barışığa çağırırıq. Bizlə düşmən dili ilə danışmaq olmaz. Hər kəs öz vəzifəsini yerinə yetirir. Din xadimləri öz yerində olmalıdır”.

Sonra “Mən Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam görməmişəm”-deyən Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanda inancsız adam yoxdur:

“Ona görə hər gördüyü işin hesabatını verməlidir. Cəzası varsa, dövlət tərəfindən cəzası verilməlidir. Yoxdursa da, verilməyəcək. Dövlətin qanun-qaydası var. Azərbaycanda mən inanclı olaraq tutulan adam görməmişəm. Əgər insan səhv edirsə, o səhvinə görə tutulur”.

Etikxeber.az

Read Previous

Azərbaycan məscidlərində-BAYRAM NAMAZI QILINDI – FOTO

Read Next

Tək oğlu Şəhid olan Samirə Əhmədxanova ölkə rəhbərliyinə müraçiət etdi: “ÇOX BEZMİŞƏM, ÇOX YORULMUŞAM…İSTƏYİRƏM Kİ, ÖVLADIM HAQQI OLAN ALİ ORDENLƏRİMİZDƏN BİRİ İLƏ TƏLTİF OLUNSUN, HƏM DƏ KİRAYƏ QALDIĞIM YATAQXANA HƏYATINDAN QURTULUM, MƏNZİLLƏ TƏMİN OLUNUM”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir