Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır-BU GÜNDƏN

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq bu gündən ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə start verilir.

Etikxeber.az məlumat verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən, təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək isə quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək.

Etikxeber.az

Read Previous

“Təhsilimizdə hələ də həllini gözləyən məsələlər var…Ölkə Prezidentinin də qeyd etdiyi kimi, təhsilimizin ümumi səviyyəsi qalxmalıdır”-MİLLƏT VƏKİLİ

Read Next

“Sakinlərimiz bu qışı əziyyət çəkmədən isti ocaqlarında keçirəcək”-DEPUTAT SEVİNCİNİ GİZLƏTMƏDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir