“Azadlıq” qəzetinin iki əməkdaşı istintaqa çağırılıb

“Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Etikxeber.az KİV-lərə istinadən xəbər verir ki, bu haqda jurnalist özü məlumat yayıb. O, deyib ki, müstəntiq zəng edərək 7 sentyabr saat 11-də idarədə olmasını istəyib. O, hansı iş üzrə istintaqa çağırıldığını bilmir. Amma güman edir ki, istintaqa dəvəti qəzetin yayım direktoru Faiq Əmirlinin həbsi ilə bağlı ola bilər. “Faiq Əmirlinin həbsindən sonra gözlənilirdi ki, bu iş “Azadlıq” qəzetinin üzərinə yönələ bilər. Gözlənilən kimi oldu. Artıq “Azadlıq” qəzetinin əməkdaşların bir-bir istintaqa çağırırlar”.

“Azadlıq” qəzetinin digər əməkdaşı Xəyal Babayev 6 sentyabrda Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. O, iltizama qol çəkdiyindən hansı səbəblə istintaqa dəvət edildiyini deməyib.

Etikxeber.az

 

Read Previous

Akşənərdən təpki: “Etdiklərinizi “Allah bizi əfv etsin” deyib, qapada bilməzsiniz”

Read Next

Qatarda gediş haqqı 15 manat civarında ola bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir