“Bədən tərbiyəsi və idman haqqında” və “Gənclər siyasəti haqqında” qanunlara-DƏYİŞİKLİKLƏR EDİLİR… – FOTO – YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) Gənclər və idman komitəsinin online formatda iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda adıçəkilən komitənin üzvü Elnur Allahverdiyev məlumat verib.

Qeyd edib ki, “Zoom” proqramı vasitəsilə gerçəkləşən iclasda komitənin sədri, MM sədrinin müavini Adil Əliyevin rəhbərliyi ilə “Bədən tərbiyəsi və idman haqqında” və “Gənclər siyasəti haqqında” qanunlara ediləcək dəyişikliklər müzakirə olunub.

Qeyd edək ki, müzakirələrin sonunda qanunlara dəyişikliklər layihələri MM-in plenar iclasına tövsiyə edilib.

***

Tədbirdə komitənin deputatları ilə yanaşı, MM Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.

İclasda “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Müzakirələr zamanı dövlətimiz tərəfindən gənclərə, xüsusilə də əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan danışılmış, bunun davamı kimi qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilmişdir.

Belə ki, qanunveriricilikdə nəzərdə tutulmuş “əlil” sözü Azərbaycan Respublikasının 2008-ci ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılmış, habelə əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsi ilə əlaqədar dəyişikliklər edilməsi təklif edilib.

İclasda qanun layihələri ilə yanaşı, Gənclər və İdman komitəsinin hesabatının qısa icmalı da komitə üzvlərinə təqdim edilib, gələcək perspektivləri müzakirə olunub.

Etikxeber.az

Read Previous

Prezident mədəniyyət və incəsənət xadimləri ilə növbəti-SƏRƏNCAM İMZALADI – SİYAHI – YENİLƏNİB

Read Next

“Milli xainlərin də üzünü gördük: Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur”-Prezident və birinci xanım Bakıda modul tipli ilk xəstəxana kompleksinin – AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir