“Bəxtin gətirdi ki, Kölndə olmamışam,sənin alnını nişan alardım…” – TƏHDİD

“Federasiyanın fəal üzvü, öz şəxsi vəsaiti ilə Kölndəki tədbirdə iştirak edən Elnur Həşimov Almaniyada mühacirətdə olan, Orduxanın dəstəsinin fəal üzvü Elxan Nəbiyev tərəfindən hədələnib”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev öz “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki,  Elxan Nəbiyev Elnur Həşimovun feysbuk hesabına hədələyici ismarıclar yazıb.

“Elxan Nəbiyevin Elnur Həşimova yazdığı mesajı təqdim edirəm: “Bəxtin gətirdi ki, Kölndə olmamışam. Sənin alnını nişan alardım…”. 

Daha bir faktı isə mənə AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov tədbirdə iştirak edən bəzi soydaşlarımızın Orduxançılar tərəfindən hədələndiyini bildirdi.

Orduxançılar tədbirdə iştirak edən soydaşlarımızı onların statuslarının ləğv etdirəcəkləri ilə hədələyirlər.

Ora yüzlərlə soydaşlarımız gəlmişdi.

Özləri tədbirdən məmnun qaldılar.

Getdikcə Orduxançıların gerçək siması ortaya çıxır.

Əgər, demokratiya, hüquqdan danışırlarsa, ora gələn soydaşlarımıza hörmətlə yanaşmalıdırlar.

Orduxan və onun dəstəsi hamını hədə-qorxu,terror dili ilə nəzarətdə saxlamağa çalışırlar.

Nəticə çıxartmağı Sizlərin öhdəsinə buraxıram”-deyə, A.Əliyev sonra yazıb.

adillll

Etikxeber.az

Read Previous

Nüfuzumuza xələl gətirməyə çalışanlar cəzalanacaqlar – MƏTBUAT ŞURASI

Read Next

“Sənin səsin – sənin gələcəyindir” – DANİB-DƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir