Bəzi qanunlar “Əmək pensiyaları haqqında” qanuna uyğunlaşdırılır

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında pensiya təminatı ilə bağlı bir sıra qanunlarda uyğunlaşdırmalar məsələsini nəzərdə tutan qanun layihələrinə baxılıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasda konkret olaraq “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunlarına, o cümlədən Seçki Məcəlləsinə dəyişiklik layihələri müzakirə olunub.

hadi racabli-hadi

Birgə komitələrin iclasına sədrlik edən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu qanunlar “Əmək pensiyaları haqqında” qanuna uyğunlaşdırılır:

“Bu, texniki xarakterli olsa da, mühüm dəyişiklikdir. Yəni, bununla bir sıra kateqoriyadan olan insanların pensiya təminatı  növbəti dəfə yaxşılaşdırılır”.

Qısa müzakirələrdən sonra dəyişiklik layihələri plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtlərində dəyişiklik edilir?

Read Next

Daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır – DİN RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir