Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əgər biz Azərbaycanda elm adamlarının və elmi-texniki sahədə çalışan əməkdaşların nüfuzunun qorunub-saxlanmasını istəyirksə, o zaman bu sahəyə lazımi vəsait ayrılmalıdır.
Etikxeber.az xəbər verir ki, belə bir təkliflə millət vəkili Gövhər Baxşəliyeva Milli Məclisdə (MM) büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, 2017-ci ildə elm sahəsinə 118, 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da ümüumi büdcənin 0,7 faizi deməkdir.
“Düzdür indidki maliyyə böhranı fonunda bu vəsaiti qənatəbəxş hesab etmək olar. Ancaq “2020: Gələcəyə baxış” Proqramında Azərbaycan elminin inkişafı iqtiqamətləri müəyyənləşdirilib, xüsusən də elm adamları və elmi-texniki potensialın nüfuzunun artırılması əsas istiqamətlərdəndir. Əgər biz elmi-texniki potensialın qorunub, inkişaf etdirilməsindən danışırıqsa, açıq deməliyik ki, AMEA-da bu məsələ ilə bağlı ciddi problemlər var. Bu da AMEA-da çalışanların maaşlarının az olması ilə bağlıdır”– deyə, millət vəkili vurğulayıb.
G. Baxşəliyeva əlaəv edib ki, maaşların aşağı olması hesabına gənc və orta yaşlı bacarıqlı, istedalı mütəxəssislər AMEA-dan çıxıb gedir, başqa sahələrə üz tuturlar.
“Təbii ki, biz bu kadrların getməsini istəməzdik. Çünki bir kadrın yetişdirilməsi uzun zaman alır və böyük xərclər hesabına olur. Biz belə istedadlı kadrların itirilməməsi üçün bu məsləyə ciddi diqqət yetirməliyik”- deyə, o, bildirib.
Millət vəkili eyni zaman, elmi dərəcəyə görə verilən müavinətlərin vergidən azad olunmasını təklif edib:
“Bu gün fəlsəfə doktorları 60 manat, elmlər doktorları isə 100 mant əlavə pul alır və bu vəsait ümumi maaa əlavə edilərək, verilir. Bundan sonra vergi ümumi maaşdan tutuluduğundan bu da maaşa ciddi təsir edir. Hökumətə təklif edirəm ki, elmi dərəcəyə görə verilən müavinətdən vergi tutulmasın və onlar vergidən azad olunsun”.
Etikxeber.az