Bahar Muradova-9 FEVRALDAN YAZDI

Azərbaycan Respublikasının Milli Məclisinə 2020 ci il fevralın 9 na təyin edilmiş seckilər uğurla başa catdı.

Artıq Vl cağırış Milli Məclisin üzvləri bəllidir.

Hər zaman olduğu kimi bu dəfə də Yeni Azərbaycan Partiyası parlament coxluğunu qazandı.

Coxpartiyalı əsasda və eləcədə müstəqil namizədlərdən ibarət yeni tərkib demokratik, şəffaf azad seckilərdə, vətəndaşların yüksək aktivliyi şəraitində və geniş rəqabət mühitində formalaşdı.

Xalqımızın minilliklərlə mövcud olan qədim məşvərət mədəniyyətinə və 100 ildən artlq parlamentarizm ənənəsinə söykənən müasir Azərbaycan Parlamentinə kecirilən bu seckilər coxminli xarici və daxili izləyicilərin cox intensiv müşahidəsi şəraitində hamımız ücün məsuliyyətin və öz taleyinə cavabdehliyin növbəti sınağı oldu.

Və biz bu sınaqdan da cıxmağı bacardıq.Müstəqil Azərbaycan Dövlətinin ətrafında Ümummilli Liderimiz HEYDƏR ƏLİYEVİN ideyaları ilə “Daha güclü Azərbaycan naminə” birləşə bildik.

Ölkə Prezidentinin daha yüksək zirvələr uğrunda həyata kecirdiyi islahatlar prosesinin tərkib hissəsi olmaq ücün xalqdan mandatımızı yeniləyərək yenidən formalaşdıq.

İnanıram ki, qısa müddətdən sonra öz işinə başlayacaq müstəqilliyin bərpasından sonra altıncı dəfə formalaşan Azərbaycan Parlamenti ona olan bütün ümidləri doğruldacaq.

Xalqımızın və dövlətinizin mənafeyi naminə qanunların qəbulu, onların icrasına nəzarət və vətəndaşları təmsil etmək kimi vacib funksiyalarının yerinə yetirilməsi ücün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Bu münasibətlə xalqımızı ürəkdən təbrik edir, yeni tərkibə uğurlar arzulaylr, secicilərə isə təşəkkürümü bildirirəm.

Bahar MURADOVA,

Vitse-spiker

Etikxeber.az

Read Previous

ATƏT və Avropa Şurası missiyaları-SEÇKİLƏRİ TƏNQİD ETDİ

Read Next

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi-QEYD EDİLƏCƏK – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir