Bakı-Sumqayıt-Bakı istiqamətində gün ərzində 5000-dən artiq sərnişin daşınır

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildirilib ki, noyabrın 19-dan Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artan istiqamətdə davam edir. Aparılan araşdırmalar göstərir ki, əgər əvvəllər gün ərzində 2500-3000 sərnişin daşınırdısa, noyabr ayının 19-dan etibarən gün ərzində daşınan sərnişinlərin sayı 5000-ni keçib.

Qeyd edək ki, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 oturacaq, 12 turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 turniket, 4 oturacaq quraşdırılıb.

Xırdalan stansiyasında isə 450 metr uzunluğunda platforma, 2 turniket, 10 ikitərəfli oturacaq tikilib istifadəyə verilib.

Etikxeber.az

Read Previous

Nazir idarələri departamentlərlə əvəzlədi

Read Next

Neftçilərlə bağlı əməliyyata FHN-nin Kinoloji xidmətinin xilasediciləri cəlb olundu -FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir