Bakı Təhsil İdarəsi 101 saylı məktəbdəki dava ilə bağlı araşdırmalara başayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonundakı 101 saylı məktəbdə davanın baş verməsinə münasibət bildirib.

Etikxeber.az bildirir ki, İdarədən Trend-ə verilən məlumata görə, 101 saylı tam orta məktəbdə şagirdlərin anlaşılmazlığı zəminində baş vermiş mübahisə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır.

Məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək.

3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, noyabın 24-də Zeynalova Zəminə Həsən qızı 101 saylı orta məktəbdə baş verən dava nəticəsində döş qəfəsi və sağ əlinin barmağının əzilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstəyə ilkin tibbi yardım göstərilib və ona ambulator müalicə təyin edilib.

Qeyd edək ki, noyabrın 24-də 101 saylı məktəbdə 2 şagird arasında baş verən davaya sonradan onların valideynləri və qohumları müdaxilə edib. Nəticədə 2-si müəllim olmaqla, 5 nəfərin xəsarət aldığı bildirilir.

Etikxeber.az

Read Previous

Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçildi

Read Next

Azərbaycan millisinin heyəti açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir