BALACA BAYRAMLARIMIZDAN BİRİ – AKADEMİK YUBİLEYDƏN YAZDI – FOTOLAR

Bayramlara insanların ehtiyacı var. 
Həmişə və hər yerdə belə olub, belə də olacaq.
Bayramlar yoxdursa, onları yaratmaq lazımdır. 

Bayramlar varsa, onları əsl bayram kimi, təntənəsi, xoş ovqatı ilə keçirmək lazımdır.
Hər ilin son günü dünya boyu soydaşlarımızın dayanışma, həmrəylik günü bayramıdır.

xatira

Bir ölkə içində də, dünya boyunca bir millətin sıra nəfərləri arasında da mütləq həmrəyliyə çatmaq müşküldür.
Bu bir arzudur və daim ona nail olmağa doğru can atmaq vacibdir.

Bu böyük arzuya yetişmək üçünsə gərək ən yaxından başlayasan. Bir ailənin işində həmrəylik varsa, qonşunla, yaxınınla, çalışdığın iş yerindəki yoldaşlarınla, əməkdaşlarınla anlaşmaya, birliyə, rəy, baxış, mövqe ortaqlığına nail olmusansa, demək, yurdun, millətin, soydaşların böyük həmrəyliyinə doğru mühüm addımları atanlardansan, bu ilkə, bu aza müvəffəq olmaq mümkündürsə, deməli, böyük həmrəylik də xəyalat deyil, əlçatmaz deyil, gec-tez çatılası ülvi bir zirvədir.

…Biz Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində böyük bayramlarla yanaşı bir neçə balaca bayramımızı da qeyd etdik.Onlardan biri muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin 60 illik yubiley idi. Hamılıqla, ortaq sevinclə bölüşdük o bayramı.Və digər bayramımızın – muzey əməkdaşları arasında yarada və yaşada bildiyimiz həmrəyliyin, anlaşmanın, doğmalığın bayram sayılan daha bir gününün fərəhini bölüşdük.

Yığışmışkən həmin BİRLİYin, həmin BAYRAMın şəklini də çəkdirdik!

 

Rafael Huseyn adlı şəxsin şəkli.
Rafael Huseyn adlı şəxsin şəkli.
xatira-1
xatira

Rafael HÜSEYNOV,

Akademik

Etikxeber.az

 

Read Previous

Gəlin övladları içki, eyş-işrət adlı fəlakətlərdən, pis vərdişlərdən qoruyaq… – FİRUZ MUSTAFA

Read Next

Silahlılar kilsədən qayıdan insanlara hücum etdi: azı 21 nəfər ölü – NİGERİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir