Azərbaycan Beynəlxalq Bankı bankomat problemini aradan qaldırıb.
Bankdan Etikxeber.az-a bildirilib ki, problemə səbəb noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub. Bu gündən problem tam həllini tapıb.
Bankın bütün bankomatları inkassasiya edilib. Artıq müştərilər nağdlaşdırma əməliyyatlarını Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə biləcəklər.
Etikxeber.az