Baramaçılıqla bağlı Dövlət Proqramı bu sahədə ciddi dönüş yaradacaqmı? – RƏYLƏR

Eldar İbrahimov: “Belə bir sənədin mövcudluğu dinamik və sürətli inkişaf yolu ilə addımlayan Azərbaycan iqtisadiyyatına, ölkə məhsullarının xarici bazarlara çıxarılması və büdcəyə külli miqdarda vəsaitin axmasına, nəticə etibarı ilə ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verəcək”

Xəbər verildiyi kimi, bu günlərdə dövlət başçısı İlham Əliyev  tərəfindən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” haqqında Sərəncam imzalanıb.

Mütəxəssislərin fikrincə, belə bir sənədin ortaya qoyulması ölkədə baramaçılığın inkişafında müsbət rol oynayacaq, yeni mərhələnin başlanmasına gərib çıxaracaq. Mütəxəssislər balə hesab edirlər ki, sovetlərin süqutundan sonya, müstəqilliyin ilk dönəmlərində, daha doğrusu, son illərəcən  bu sahə, onun inkişafı bir müddət arxa plana keçsə də, artıq ölkədə  baramaçılığın inkişafına böyük ehtiyac var və adıçəkilən Dövlət Proqramı da məhz bu ehtiyacdan irəli gəlib.

eldar-2

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin sədri, kənd təsərrüfatı mütəxəssisi, professor  Eldar İbrahimov  mətbuata açıqlamasında  ölkə Prezidenti tərəfindən ölkədə baramaçılığın inkişafına yönəlik belə bir addımın atılmasını, Dövlət Proqramının ortaya qoyulmasını müsbət və təqdirəlayiq hal kimi dəyərləndirib.

Onun sözlərinə görə, belə bir sənədin mövcudluğu dinamik və sürətli inkişaf yolu ilə addımlayan Azərbaycan iqtisadiyyatına, ölkə məhsullarının xarici bazarlara çıxarılması və büdcəyə külli miqdarda vəsaitin axmasına, nəticə etibarı ilə ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verəcək.

“Bildiyiniz kimi, Azərbaycanda dövlət səviyyəsində kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması  da bu baxımdan böyük önəm və müstəsna əhəmiyyət kəsb edir”-deyə, E. İbrahimov qeyd edib.

E.İbrahimov bu yerdə xatırladıb ki, ötən ildən etibarən barama istehsalında artım müşahidə olunur.

Onun sözlərinə görə, bu baxımdan,  məlum Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan verəcək.

eldar-5

“Azərbaycanda yaş barama istehsalının həcminin 2025-ci ilədək 6 min tona çatdırılması nəzərdə tutulur. Proqram çərçivəsində 2018-2020-ci illərdə tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılması nəzərdə tutulur. Bütövlükdə bu sənəd baramaçılığın geniş vüsət alması üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bu kimi sahələrə diqqətin artırılması qeyri-neft seçktorunun  inkişafında mühüm rol oynayır. Odur ki, belə bir sənədin qəbul olunması indiki məqamda olduqca vacib və əhəmiyyətlidir”– deyə, komitə sədri  sonra vurğulayıb.

Millət vəkili Eldəniz Səlimov da öz növbəsində belə hesab edir ki, adıçəkilən Dövlət Proqramının qəbul olunması və növbəti mərhələdə icrası çox önəmlidir.

“Hər kəsə də məlumdur ki, bu gün Azərbaycanda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə emal müəssisələrinin yaradılması da intensivləşib. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən istehsalçıların əksəriyyəti kiçik müəssisələr kateqoriyasına daxildir.  Bu baxımdan, son dövrlər yaradılan və müasir texnika və texnologiyalarla təchiz edilən iri müəssisələrin məhsul emalında gücü getdikcə artır”-deyən millət vəkilinin bildirdiyinə görə, son dövrlər həmçinin, ölkəmizdə kənd təsərrüfatında ənənəvi sahələrin bərpası ilə bağlı mühüm işlər görülməkdədir.

“Belə ki, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq və digər sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu yöndə mühüm tədbirlər görülməkdədir. Təbii ki, bu məhsulların istehsalının artımı emal sənayesinin inkişafına yeni təkan verəcək. Bu amil həmçinin, ölkəmizdə qeyri-neft sektorunun inkişafında vacib göstəricidir. Ona görə belə hesab  edirəm ki, kənd təsərrüfatının inkişafı istiqmətində yeni addımın atılması-baramaçılıqla bağlı Dövlət Proqramının ortaya qoyulması kənd təsərrüfatı işçilərinin, ölkə vətəndaşlarının ürəyincədir. Bu, bütövlükdə inkişafımıza yönələn bir addımdır və hər kəs də bunu məhz bu cür dəyərləndirir”– deyə, deputat  sonda qeyd edib.

Etikxeber.az 

 

Read Previous

“NATO da Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir ki…” – DEPUTAT

Read Next

“Vətəndaşlara xidmətin təmərküzləşməsi məsələsi də önəmlidir”- AMAŞOV QDİƏT PMBA -DA BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir