“Baş nazir kimi də ona göstərilən etimadı doğruldacaq…” – ELDƏNİZ SƏLİMOV

Hörmətli Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibəti ilə təbrik edirəm, ona, rəhbərlik etdiyi hökumətə fəaliyyətində uğurlar arzulayıram. Peşəkar kadr, gözəl alim, səmimi və təvazökar insan kimi Əli müəllimin bu vəzifəsinin də öhdəsindən uğurla gələcəyinə, ölkə Prezidenti cənab İlham Əliyevin ona göstərdiyi növbəti yüksək etibar və etimadını da doğruldacağına əminəm.

Əli müəllim bu günə kimi üzərinə düşən bütün işlərin, vəzifələrin öhdəsindən uğurla gələdiyi kimi, yeni-Baş nazir vəzifəsində də çiyinlərinə düşən missiyanın öhdəsindən uğurla gələcək. Bunun üçün onun hər cür potensialı, savadı, biliyi, intellekti, yüksək təşkilatçılıq, idarəetmə bacarığı var.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib ki, Ə. Əsədov  hakim Yeni Azərbaycan Partiyasının (YAP) ilk üzvlərindən biri və Siyasi Şuranın üzvü kimi ötən illər ərzində bu partiyanın Azərbaycan cəmiyyətində nüfuz, hörmət qazanmasında əməyi, xidməti olan insanlardandır.

ali asad

eldeniz qardaş

“O, YAP-a partiyamız hələ müxalifətdə olduğu illərdə ilk qoşulanlardan, Heydər Əliyev siyasətinin ən sədaqətli nümayəndələrindəndir. Eyni zamanda, Ulu öndər siyasətini, kursunu layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyev komandasının ən sadiq və ən sədaqətli üzlərindən, kadrlarındandır. O, prezidentin köməkçisi kimi ölkədə keçirilən sosial-iqtisadi islahatların əsas müəlliflərindən biridir. Ölkəmizin sosial-iqtisadi inkişafında, islahatlar prosesinin uğurlu alınmasında və prosesin əzmli şəkildə davam etdirilməsində onun da xidmətləri var. Bu baxımdan, cənab Prezidentin Baş nazir kimi mühüm bir postu-vəzifəni Əli müəllimə etibar etməsi də səbəbsiz və təsadüfi deyil. Çünki o üzərinə düşən, ona tapşırılan işlərin, vəzifələrinin öhdəsindən uğurla gəlməyi bacara bilib. Bir daha hesab edirəm ki,  cənab Əli Əsədov yeni vəzifəsində də işinin, vəzifəsinin, ona göstərilən etimadın öhdəsindən uğurla gələ biləcək, ölkəmizin sürətli və dinamik inkişafına, islahatlar prosesinin öz hədəflərinə çatmasına öz töhfələrini verməkdə davam edəcək.

Bu gün ölkəmiz sözlə ifadə edilməsi çətin olan yüksəliş, tərəqqi, çiçəklənmə mərhələsindədir və bu uğurlar dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də bir o qədər qıcıqlandırır. Onlar hər dəfə uğursuzluğa düçar olsalar da, yenə də Azərbaycanın inkişafını, yüksəlişini qəbul və həzm edə bilmir, bu səbədən də, ən müxtəlif təxribatçılıq əməllərinə, qaralama kampaniyasına cəhd edirlər. Ona görə inanıram və qəti əminəm ki, baş nazir, hökumətə rəhbərlik edən bir şəxs kimi cənab Əli Əsədov həmin dairələrin də bir daha uğursuzluğa məhkum olunmasında öz fəaliyyəti ilə daha yaxından iştirak edəcək, necə ki, bu günə qədər də iştirak edib. Bir sözlə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan, həyata keçirilən daxili-xarici, siyasi və isqtisadi siyasətin daha böyük zəfərlər əldə etməsində cənab Əli Əsədovun və onun rəhbərlik etdiyi hökumətin rolu və fəaliyyəti daha da yüksək olacaq”-deyən E. Səlimov eyni zamanda, sabiq baş nazir  Novruz Məmmədovun ötən dövrdəki fəaliyyətini də yüksək qiymətləndirdiyini sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az 

 

 

Read Previous

Əli Əsədov rəsmən – BAŞ NAZİR OLDU – SƏRƏNCAM

Read Next

“Tərəflər arasında “yol xəritəsi”nin reallaşdırılması münasibətlərə yeni stimul verir…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir