Bayden Finlandiya və İsveçin-NATO-YA SÜRƏTLİ QƏBULUNU İSTƏYİR

ABŞ prezidenti Co Bayden cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Finlandiya və İsveçin NATO-ya qəbulu prosesinin bütün müttəfiqlərin maraqları nəzərə alınmaqla, sürətlə davam etməsini təmin etmək səylərini dəstəklədiyini bildirib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə cümə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

Görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib.

Bayden, Harris və Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin transatlantik təhlükəsizliyə təsirini, həmçinin NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini müzakirə ediblər.

“Onlar, həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini alqışladılar və Prezident Bayden Baş Katib Stoltenberqin bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edən sürətli üzvlük prosesini asanlaşdırmaq səylərinə güclü dəstəyini ifadə etdi” – deyə, açıqlamada bildirilir.

Etikxeber.az

Read Previous

Şəhid Cəmil Məmmədlinin anası Təhsil naziri və Təhsil Nazirliyinə-ÜSYAN ETDİ…

Read Next

“Azərbaycan-ABŞ əməkdaşlığın genişlənməsinə mane olmaq istəyən qüvvələr niyyətlərinə çatmayacaqlar”-POLİTOLOQ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir