Bayrağımıza qarşı HÖRMƏTSİZLİK VƏ TƏRBİYƏSİZLİK – FOTO

Azərbaycanın Dövlət bayrağına hörmətsizlik edilib.

Belə ki, yaşayış binalarından birinin həyətində üzərində Azərbaycanın üçrəngli bayrağının əksi olan kisələrə zibil doldurulub və həmin kisələr zibilqabının yanına atılıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə jurnalist Könül Aypara öz “Facebook” səhifəsində yazıb və foto paylaşıb.

“Bu bayraq dalğalansın deyə, neçə neçə qəhrəmanımız canını fəda edib! Səngərdə əsgərlərimiz gecə-gündüz keşik çəkir!
İnanıram, polisimiz bu vicdanını itirəni tapıb cəzalandıracaq…”
-deyə, o, yazıb.

Etikxeber.az

Read Previous

Əliyev Ərdoğana başsağlığı verdi

Read Next

MSK-nın iclası: MÜSAVATÇI NAMİZƏDLƏRİN ŞİKAYƏTİ TƏMİN OLUNMADI, PƏNAHOV CƏFƏRLİDƏN ÜZR İSTƏDİ, XASAYEVA VƏ AĞAMALININ “DAİRƏSİ”NDƏ 11 MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV OLUNDU – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir