Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rio-de-Janeyroda təşkil olunan Paralimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Bayram Mustafayev Azərbaycana ilk medalı qazandırıb.
Etikxeber.az xəbər verir ki, birinci mərhələdən azad olan cüdoçumuz ilk qələbəsini braziliyalı Halison Oliviera Boto üzərində qazanıb. Sonra yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələn cüdoçumuz finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olaraq “Rio-2016”nın gümüş medalı ilə kifayətlənib.
Qeyd edək ki, Bayram Mustafayev 2014-cü ildə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2011, 2013-cü il və 2015-ci il Avropa çempionatının qalibi olub.
Etikxeber.az