Berlində Ümumavropa Qarabağ-MİTİNQİ – FOTOLAR

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.

Etikxeber.az-ın məlumatına görə, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.

Onlar yaşadıqları ölkələrin xalqlarının dilində çıxış edək, 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edib, Xocalı, Qarabağ həqiqətlərini səsləndirib, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışıblar.

Mitinqdə “Qarabağa Azərbaycandır!”, “Biz terrora yox deyirik”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” şüarları səsləndiriblər.

Sonda mitinqin qətnaməsi qəbul edilib.

Aksiyada “Bayatı-Şiraz” muğamı ifa olunub.

Mitinq “Koroğlu” uvertürasının səsləndirilməsi ilə yekunlaşıb.

Etikxeber.az

Read Previous

PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı- FOTOLAR

Read Next

Baş Prokurorluq və DİN Kürdəmirdə ana və azyaşlı oğlunun ölümü ilə bağlı birgə-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir