“Bir sıra hallarda sosial müdafiəyə ehtiyacı olan şəxsləri işsiz kimi qeydiyyata almaq və sözügedən proqramlara cəlb etmək mümkün olmur ki…”-BƏHRUZ MƏHƏRRƏMOV

“Məşğulluq haqqında” qanuna görə, haqqı ödənilən ictimai işlər və peşə hazırlığı proqramlarına yalnız işsiz şəxslər cəlb oluna bilər. Lakin seçicilərdən çoxsaylı müraciətlər və reallıq onu göstərir ki, bir sıra hallarda sosial müdafiəyə ehtiyacı olan şəxsləri işsiz kimi qeydiyyata almaq və sözügedən proqramlara cəlb etmək mümkün olmur.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, məsələn, kənd təsərrüfatına yararlı torpaq pay mülkiyyətçiləri məşğul şəxs, əmək qabiliyyətli yaşdan yuxarı şəxslər isə əmək qabiliyyəti olmayan şəxs hesab edildiyindən onlar işsiz kimi qeydiyyata alına bilmirlər.

“Bilirsiniz ki, Milli Məclisin gündəliyində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi məsələsi var. Əgər bu düzəliş II və lll oxunuşlarda da qəbul edilərsə, haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına kənd təsərrüfatına yararlı torpaq pay mülkiyyətçiləri və əmək qabiliyyətli yaşdan yuxarı şəxslər də müraciət edə biləcək. Habelə, hazırkı qanunla, özünüməşğulluq proqramına əsasən, şəxslərə əmlaklar iki il müddətinə istifadəyə verilir və həmin müddət ərzində bu şəxslər biznes planda müəyyən olunmuş fəaliyyəti həyata keçirdikləri təqdirdə bu əmlaklar onların əvəzsiz mülkiyyətinə verilir. Əgər dəyişikliyi qəbul etsək, əmlakların istifadəyə bir il müddətinə veriləcək, habelə fəaliyyətin monitorinqinin müddəti də iki ildən bir ilə kimi azaldılacaq, habelə səmərəli nəzarətin təmin edilməsi üçün elektron monitorinq mexanizmi yaradılacaq…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az


Read Previous

“Unutmayaq ki, təklif müəllifi ABŞ kimi super dövlətin diplomatıdır, ona görə də…”-SABİQ DEPUTAT İNDİKİ MİLLƏT VƏKİLLƏRİNƏ MÜRACİƏT ETDİ

Read Next

MM-in sessiyasının ikinci iclası-FAZİL MUSTAFA OPERATİV QƏRARGAHA SƏSLƏNDİ, HİKMƏT BABAOĞLU ETİRAZ ETDİ…YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir