“Birinci Qarabağ Savaşında iştirak edənlərlə bağlı qanunvericilikdəki boşluqları doldurmağın məqamıdır…”-DEPUTATDAN ÇOX VACİB VƏ ÖNƏMLİ TƏKLİF

Biz Birinci Qarabağ Savaşını, Birinci Vətən Müharibəsini (1988-94-cü illər) də unutmamalıyıq və unutmuruq. Birinci Qarabağ Savaşının ilk illəri çox xaotik, Azərbaycanımızın hərc-mərclik zamanına rast gələn bir dövr idi və o dövrdə də oğullarımız Səhid olublar və yaxud Qazi kimi qayıdıblar, amma bu günə qədər onların nə şəhidliyi tanınıb, nə şəhidlik statusunu, nə də veteranlıq sənədlərini ala bilirlər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

Qeyd edib ki, bu yöndə fikirlərini və təkliflərini Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin srağagünkü iclasında da səsləndirib.

“İclasda da dedim, indi də demək istəyirəm-çox güman ki, həmkarlarıma da zamanında bununla bağlı çoxlu sayda müraciətlər daxil olub. Mənim özümə də çoxsaylı müraciətlər edilib. O zamankı hərbi hissələrdə hərc-mərclikdən sənədlər itib, sənədlər yanıb, rayon çağırış bölmələrində də bu adamlarla bağlı sənədlər yoxdur. Amma bu adamları tanıyan insanlar, şahidlər var. Bu insanlar savaşda iştirak ediblər, ya həyatlarını itiriblər, ya yaralı kimi geri qayıdıblar. Bunların haqqında da düşünürəm ki, status verilməsi üçün qanunvericilikdə hər hansı bir boşluq varsa, onu doldurmağın vaxtıdır.

Və həmin qəbildən müharibədə iştirak edən, geri qayıdan və iş başında, artıq sülh şəraitində həyatını itirən insanlar var ki, onların da ailələri heç bir statusdan yararlana bilmirlər. Amma müqayisə üçün, məsələn, Çernobl əlillərinin ailələri statusları var deyə, onlar həmin statusun yaratdığı imtiyazlardan bu günə qədər istifadə edirlər. Amma deyək ki, müharibədə iştirak edib gələndən sonra işində, kabinetində, vəzifə başında həlak olan insanların heç bir statusu yoxdur. İclasda da dedim və indi də demək istərdim ki, həmin insanlarla da bağlı addımlar atmağın, qanunvericilikdəki boşluğu doldurmağın əsl zamanıdır. İnanıram ki, belə də olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

12:02

Etikxeber.az

Read Previous

Ərdoğanın Azərbaycana səfəri-BAŞLADI – İLHAM ƏLİYEVLƏ ƏRDOĞAN BİRGƏ ŞAM ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Bütün dünya azərbaycanlıları bu xeyirxah işdə fəal şəkildə iştirak edəcəklər…”-MİLLƏT VƏKİLİ ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir