“Bizim evlərimiz yanır, onların cigərləri- məğlubiyyət xəcalətindən, paxıllıqdan, pis niyyətdən, yalan içində yaşamaqdan…”-SABİR RÜSTƏMXANLI

Murovda, qarlı zirvədə, qəhrəman əsgərlərimiz silah tutan əllərinə bu dəfə tar, kaman alıblar.

Bir nəfər kəlbəcərli əsgər də Qarabağın şərəfinə oxuyur.

Həm çalğı, həm ifa yüksək səviyyədədir.

Peşəkarlar qibtə edə bilər.

Kəlbəcərli balası ” Vətən, sənin torpağının qüdrətinə qurban olum”- deyə, dağlara düşən səsini zilə çəkir.

Bu möhtəşəm görüntüyə baxa-baxa düşünürəm ki, bu vətən torpağının ən birinci qüdrəti elə bu savaş meydanında da yaradıcılıq eşqi çağlayan əsgərlərimizdir, gənclərimizdir, millətimizin tükənməz istedadı və yurd sevgisidir.

Aşağıda, Kəlbəcər torpaqlarında ermənilər evləri yandırıb gedirlər.

Bizim evlərimiz yanır, onların cigərləri- məğlubiyyət xəcalətindən, paxıllıqdan, pis niyyətdən, yalan içində yaşamaqdan…

Tarix boyu belə olub, bundan sonra da belə olacaq.

O öz miskin ölkəsində və cılız varlığında yanıb qovrulacaq.

Biz oxuyacağıq, Vətən haqqında, gözəllik və əbədi sevgi haqqında!..

Sabir RÜSTƏMXANLI,

Millət vəkili, Xalq şairi

Etikxeber.az

Read Previous

“Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevriləcək”-MİLLƏT VƏKİLİ

Read Next

BNA-dan sürücülərə-XƏBƏRDARLIQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir