BMT və ABŞ Azərbaycanla Ermənistanı atəşi-DAYANDIRMAĞA ÇAĞIRDI

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.

Etikxeber.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

“Baş katib hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır və iştirak edən tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırır”– deyə, məlumatda belə deyilir.

Təşkilat rəhbəri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin “bu təhlükəli vəziyyətin həllində və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yolların axtarılmasında” göstərdiyi səyləri tam dəstəklədiyini bildirib.

Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ Azərbaycanla Ermənistan sərhədindəki qarşıdurmaları qınayıb və tərəfləri güc tətbiqini dayandırmağa çağırır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequsun yaydığı açıqlamada deyilir.

“ABŞ Azərbaycanın və Ermənistan sərhədindəki zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri güc tətbiqini dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə və atəşkəsə ciddi əməl etməyə çağırırıq. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə tam sadiq olaraq qalır. Biz bu məqsədə nail olmaq uğrunda fəal iştirakımızı davam etdirəcəyik. ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaqla bağlı çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə cəlb olunmasını vacib hesab edir”-deyə, məlumatda belə deyilir.

Etikxeber.az

Read Previous

“Minsk qrupunun həmsədr ölkələrinin tərəfləri atəşkəsə əməl etməyə səsləməsi növbəti mənasız və “dişsiz” bəyanatdan başqa bir şey deyil”-AZAY QULİYEV

Read Next

“Bu dövlət səhidinin qanını yerdə qoymayacaq”-BƏHRUZ MƏHƏRRƏMOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir