“Bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir…” – MİLLƏT VƏKİLİ

“2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir, paytaxt Bakı ilə ilə bölgələr arasındakı fərq aradan qalxmaqdadır”.

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında deputat Eldəniz Səlimov deyib.

O, bildirib ki, bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində təbii ki, inkişaf prosesi önəmli rol oynayır.

Millət vəkilinin  sözlərinə görə, dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb və hədəflərə çatmaq üçün sistemli tədbirlər həyata keçirilir.

eldeniz-eldeniz

E. Səlimov deyib ki, bu hədəflər sırasında aqrar sektorda istehsalın artırılması xüsusi yer tutur.

“Qeyd edim ki, respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkədə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub. Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir.Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Prezident Moldova ilə hərbi sazişi təsdiqlədi

Read Next

Məhv edilən terrorçuların sayı 2222-yə çatıb – “ZEYTUN BUDAĞI”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir