“Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir”-İLHAM ƏLİYEVLƏ MEHRİBAN ƏLİYEVA TÜRKİYƏLİ ATLETLƏRİ TƏBRİK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altunu təbrik ediblər.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Əziz Cansu və Qamze,

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırdırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu olan, anası tərəfindən təkbaşına böyüdülən, 6 ay komada qalan-XAÇMAZLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏBUHİ HÜSENLİNİN ANIM GÜNÜDÜR, ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Xaçmazın sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Səbuhi Hüseynlinin ikinci ildönümü-Anım Günü ilə bağlı-QUSARDA TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir