“Bu, bir daha sübut etdi ki, İlham Əliyev hər bir azərbaycanlının prezidentidir” – MİLLƏT VƏKİLİ

Nizami rayonundakı ticarət mərkəzində baş verən yanğından dərhal sonra Prezident İlham Əliyev tərəfindən atılan addım bütün hallarda dövlət başçısının öz vətəndaşlarının yanında olmasının bariz göstəricisidir. Bu, bir daha sübut etdi ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında  deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda sosial problemlərin həlli ilə bağlı çox böyük işlər həyata keçirilir.

Onun sözlərinə görə, bu işlər sistemli və ardıcıl xarakter daşıyır:

“Bəzən fövqəladə halların baş verməsi nəticəsində yaranan problemlərin operativ həlli də daim Prezidentin diqqət mərkəzindədir. Bir müddət əvvəl Şamaxı, İsmayıllı və Ağsuda, ondan daha əvvəl Zaqatala və Balakəndə baş verən zəlzələlər zamanı da zərərçəkənlərin yanında ilk olaraq Azərbaycan Prezidentini gördük. İndi də ticarət mərkəzində yanğın baş verib və xeyli sayda sahibkar ziyan çəkib. Yenə də Prezident öz vətəndaşının yanındadır. Bu cür humanist addım, vətəndaşa belə diqqət və qayğı dünyanın heç bir ölkəsində yoxdur.

Ticarət mərkəzində sahibkara məxsus mallar yanıb. Əslində onlar öz əmlaklarını sığorta etdirməli, belə bədbəxt hadisələr zamanı da sığorta şirkətləri onların zərərini qarşılamalıdır. Ancaq Azərbaycanda vətəndaşın çətin vəziyyətində Prezidentin birbaşa bu məsələyə müdaxilə etməsi bir daha böyük humanizm nümunəsidir. Artıq vətəndaşa dəyən ziyana görə dövlət yardımının verilməsi ilə bağlı işlər həyata keçirilməyə başlanıb və müvafiq qurumlar bu işlə məşğuldurlar. Bu, xalq-iqtidar birliyinin ən gözəl, ən bariz nümunələrindən biridir”.

Etikxeber.az

Read Previous

Xarici işlər nazirləri və həmsədrlər birgə bəyanat yaydı

Read Next

“Sevincin atası Osman müəllimi və əmisi İmran Mirzəyevi yaxşı tanıyırdım…” – DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir