“Bu, elə bir tarixdir ki, hər birimiz üçün fəxr, qürur mənbəyidir” – DEPUTAT

Çox sevincli, çox yüksək əhval-ruhiyyəli, çox tarixi və əlamətdar bir gün yaşayırıq. Bu gün müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyini qeyd edirik.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

eldeniz salimovvv

O, qeyd edib ki, 100 il öncə Azərbaycanın böyük oğulları, Cümhuriyyət qurucuları tarixdə ilk müstəqil Azərbaycan dövlətini yaratdılar.

“Həmin vaxta kimi Azərbaycan xalqı, Azərbaycan türkləri yarısı İranda şah rejiminin, yarısı Çar Rusiyasının amansız rejimi altında yaşayırdı. Haqsızcasına, ədalətsizcəsinə 19-cu əsrin əvvəllərində ikiyə bölünmüş, ilhaq edilmiş Azərbaycan öz azadlıq, istiqlal gününü gözləyirdi. Nəhayət, 1918-ci ilin mayında belə bir vaxt, gün yetişdi. İçində heç zaman azadlıq, istiqlal nəşəsi, yanğısı sönməyən Azərbaycan xalqı onun igid, böyük oğullarının sayəsində öz müstəqilliyinə, azadlığına qovuşdu. Dahi Məhəmməd Əmin Rəsulzadə başqa olmaqla, Milli Şura 1918-ci ilin may ayının 28-də Azərbaycanın istiqlalını, müstəqilliyini bəyan etdilər. İmzalar içində Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətin də imzası atıldı və bu istiqlal, bu müstəqillik 1920-ci ilin 28 aprel işğalına qədər davam etdi.

axc-ilham-1

axc-ilham-2

axc-ilham-3

Cəmi 23 ay yaşasa da, müstəqil Azərbaycan dövləti istər Şərq-müsəlman aləmində, istərsə də, dünyanın demokratiya beşiyi sayılan ölkələri üçün nümunə sayıla biləcək bir çox ilklərə, uğurlara imza atdı. 23 aylıq qısa, amma şərəfli müstəqillik tarixində dünya Azərbaycan adlı demokratik bir cəmiyyəti, bir toplumu, bir dövləti tanıdı. Bu, elə bir tarixdir ki, hər birimiz üçün fəxr, qürur, iftixar mənbəyidir, şərəf tarixidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubliyeyi ilə bağlı təşkil olunmuş rəsmi qəbulda çıxışında söylədiyi kimi, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Çünki onun da bəyan etdiyi kimi, “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz e lə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir… Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bu günkü Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyimiz ən böyük sərvətimiz, xoşbəxtliyimizdir.  Müstəqilliyimiz əbədidir…”.

Hesab edirəm ki, bu fikirlərə də əlavə-geniş şərh verməyə ehtiyac yoxdur. Cümhuriyyətimiz, Cümhuriyyət qurucularımız olan böyük kişilər üçün verilmiş ən gözəl qiymətdir, dəyərdir bu sözlər…”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az
 

Read Previous

DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN 100 İLİ MÜBARƏK OLSUN! – Millət vəkili

Read Next

Prezident ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul etdi – FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir