“Bu gün elə bir mühit formalaşıb ki, hər kəs şəxsən prosesin bir parçası olmaq arzusundadır”-MİLLƏT VƏKİLİ “YAŞAT” VƏ AZƏRBAYCAN ORDUSUNA YARDIM FONDUNDAN YAZDI

Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” və Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması ictimai çağırışlara cavab olmaqla yanaşı həm də bu istiqamətdə idarəçiliyin təkmilləşdirilməsinə yönəlmiş əhəmiyyətli addımdır.

Bu günə qədər istər sosial şəbəkələrdə, istər mediada, istərsə də Prezident İlham Əliyevə ünvanlanan fərdi məktublarda müxtəlif formatda təklif və təşəbbüslər görünməkdə idi.

Həmçinin, Prezident ilham Əliyev sentyabrın 30-u və noyabrın 11-də hərbi hospitalda Vətən müharibəsinin iştirakçısı olan yaralılarla görüşərkən, habelə, xalqa televiziya vasitəsi ilə müraciətlərində şəhid ailələri və qazilərin sosial qayğılarının xüsusi diqqət obyekti olacağını dəfələrlə bildirməklə dövlətin bu sahədə izləyəcəyi siyasətin konturlarını bəlli və bəyan etmişdi.

Bu mənada, hər iki Fondun yaradılması məhz ictimai təşəbbüslər və dövləti siyasətinin təmərküzləşdirilmiş qaydada realizəsi kimi qiymətləndirilməlidir.

Əlbəttə, Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi, hərbi texnika, silah və sursatın alınması, hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi, hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili, hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi, peşəkar hərbi kadrların hazırlanması, habelə şəhid ailələri və qazilərin sosial təminatı, problemlərinin həlli üçün dövlətin yetərli iqtisadi imkanları və maliyyə potensialı var.

Azərbaycan dövləti bu günə qədər qeyd olunan istiqamətdə kifayət qədər uğurlu fəaliyyət modeli qurmuş, nəticədə 30 illik işğala hərbi yolla son qoymuşdur.

Lakin bu gün elə bir mühit formalaşmışdır ki, hər kəs şəxsən prosesin bir parçası olmaq arzusundadır.

Pensiyasını qəpik-qəpik ay sonuna çatdırmağa çalışan ağsaqqaldan, sərvəti 7-8 rəqəmlə ifadə olunan böyük iqtisadi imkanlara malik soydaşlarımıza qədər hər kəs nəsə etmək istəyir.

Qəbul edək ki, bu axın, bu sel böyük güc və ciddi potensialdır və bu imkanların səmərəli istifadə olunması, vətəndaş təşəbbüslərinin bir mərkəzdən idarə edilməsi çox əhəmiyyətli haldır.

Üstəlik, vətəndaş təşəbbüslərinə mane olan bir sıra amillərin, məsələn, banka getmək məcburiyyəti kimi bəzi bürokratik əngəllərin aradan qaldırılması, SMS, yaxud terminallar vasitəsi ilə prosesin insansızlaşdırılması ümumxalq səylərini daha səmərəli, habelə əlçatan edəcək.

1 manat yol pulu verib banka getmək əvəzinə, Biləsuvar kəndlisi elə mobil telefonundan əsgərinə maddi və mənəvi dəstək ola biləcək.

Nəticədə kənddə şəhidin tənha anasına tikilmiş gözəl, xudmani evə baxan hər bir kənd sakini ruh rahatlığı ilə düşünə biləcək ki, bu evdə bir mismarın da pulunu mən vermişəm.

Əlbəttə, heç bir məcburiyyətdən, sosial qınaqdan söhbət gedə bilməz.

Lakin eyni zamanda, yaşadığımız mühiti, ittihamameyilli Sərq tempramentini də inkar etməməliyik.

Bu mənada prosesin insansızlaşması, həmçinin, hər kəsin qatqıda bulunduğu bir şəraitdə, yardım etmək imkanı olmayan soydaşımızı da mümkün qınaqdan qurtaracaq.  

Bu Fərman eyni zamanda dələduzluq, əsgər payına əl uzatmaq kimi yarıtmaz hallara da birmənalı yol verməyəcək.

 Artıq vətəndaşın mərhəmətdəm, milli məsuliyyətdən doğan xoş niyyəti ayrı-ayrı şəxslərin kart hesablarında yox, YAŞAT-da biruzə verməklə, şəhid ailəsi və ya qazinin istehlak kreditlərinin və digər borc öhdəliklərinin, müalicə və psixoloji dəstək, habelə, təhsil, peşə hazırlığının artırılması,  yaradıcı, potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılmasına yönələcək.

Şəffaflığa isə indidən heç kimdə şübhə yoxudur, tanınmış ziyalıların, şəhid ailəsi üzvlərinin təmsil oldunduğu Himayəçilik Şurasının nəzarətində yığılacaq vəsaitin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sərəncamında olmasının özü elə ilkin və güvənlir zəmanət deməkdir.

Bəhruz MƏHƏRRIMOV,

Milli Məclisin deputat,

H.ü.f.d. dos.

Etikxeber.az

Read Previous

Millət vəkili Biləsuvarlı Şəhidlərdən-TAHİR ƏLİYEV VƏ RUSLAN İBADLIDAN YAZDI…

Read Next

“Qoruqbağı kəndində Mehdiyevlər ailəsinin evini söz verdiyimiz kimi, sentyabr ayında təmir etdirdik, ancaq…”-JALƏ ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir