“Bu gün mətbuat vasitəsilə Azərbaycan həqiqətləri bütün dünyaya qərəzsiz çatdırılır…”-MÜBARİZ QURBANLI

Sizi milli düşüncənin formalaşmasında və inkişafında müstəsna rol oynayan milli mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qürurverici haldır ki, Azərbaycanda söz və mətbuat azadlığının təmini, kütləvi informasiya vasitələrinin sürətli tərəqqisi üçün yaradılan şərait nümunəvi xarakter daşıyır. Bu gün mətbuat vasitəsilə Azərbaycan həqiqətləri bütün dünyaya qərəzsiz çatdırılır.

Etikxeber.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dilə gətirib.

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılması, mətbuat nümayəndələrinin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Bunun nəticəsidir ki, Azərbaycan mediası sərbəst fəaliyyəti üçün əlverişli mühit yaradan dövlətin qayğısını daim öz üzərində hiss edib və etməkdədir. Söz və ifadə azadlığının tərənnümü olan mətbuat bu gün fundamental, eləcə də milli-mənəvi, dini dəyərlərimizin təbliğində də yaxından iştirak edir. Sizin hər birinizə tutduğunuz bu əhəmiyyətli yolda möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Faktiki hava şəraiti-AÇIQLANDI

Read Next

“Biçinçi jurnalistikası” o zaman effektli ola bilər ki, “əkinçi”lik ənənəsinə dayansın…”-TANINMIŞ TELEJURNALİST-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir