“Bu hadisələr bizi enində-sonunda həm ordu millətinə, həm də diplomatiya millətinə çevirəcək”-FAZİL MUSTAFA

Son günlər xaricdə vəhşiləşmiş erməni çeteləri tərəfindən diplomatik korpuslarımızın qarşısında ayrı-ayrı azərbaycanlılara qarşı törədilən zorakılıq və vandalizmə görə Xarici İşlər Nazirliyini və Diaspora ilə iş üzrə Dövlət Komitəsini qınamaq, yaxud da günahkar kimi göstəmək yanlışdır.

Hansısa dövlət qurumu başqa ölkədə azərbaycanlıları mükəmməl şəkildə təşkilatlandıra bilməz, əgər onlar özləri bunu istəməsələr, buna çalışmasalar.

Həqiqətən də fərd olaraq soydaşlarımız həm Bürüsseldə, həm də Los-Ancelsdə fədakar dirəniş göstərdilər.

Ancaq xaricdə yaşayaraq guya özlərini Azərbaycan təəssübkeşi kimi göstərənlər, söyüş ritorikasından başqa bir şey mənimsəməyənlər dönüb erməniyə cavab vermək əvəzinə, Brüsseldə Real Tv-nin döyülmüş xanım əməkdaşını sosial şəbəkədə təhqir edirlərsə, ilk növbədə bu cahillər ittiham olunmalıdır.

Hakimiyyətə siyasi, psixoloji nifrətini anladıq, özünü azərbaycanlı kimi təqdim edirsənsə, heç olmasa, bu anlarda gününü bir neçə saatını erməniyə ayır, ona da öz millətinin insanlarına bəslədiyin nifrətin cüzi bir hissəsini yönəlt.

Bu hadisələr bizi enində-sonunda həm ordu millətinə, həm də diplomatiya millətinə çevirəcək.

Hər şeyə həm daxildə, həm də xaricdə ciddi yanaşmağı öyrənəcəyik, bir erməninin qarşısına əhali və millət sayımıza görə 10 türk çıxarmağı bacaracağıq.

Üstəlik də Türkiyə və Güney Azərbaycandan olan soydaşlarımızla da təşkilatlanmış əməkdaşlıq yönündə addımlar atmağa başlayacağıq, onların da tədbirlərinə dəstək verəcəyik ki, bizim tədbirlərdə kömək ala bilək.

Hər bir zərərli gördüyümüz işlərin faydası olacağına inanalardanam.

Yaralı vətəndaşlarımıza keçmiş olsun deyirəm, qəhrəmancasına ermənilərin qarşısında dirəniş göstərib xəsarət alan, almayan qardaş-bacılarımın əllərindən öpürəm, siyasi baxışlarına görə öz soydaşlarına dəstək verməkdən yayınan, kənardan atmacalar atan azərbaycanlılara başınız batsın deyirəm, bu məsələlərə biganə qalan, erməni təəssübkeşliyinin yenə də əsirinə çevrilən beynəlxalq qurumların təmsilçilərini də sərt şəkildə qınayıram.

Ümidimizi qırmayaq, ağıllı və təşkilatlanmış davranış yetərlidir ki, xaricdə də durumu öz xeyrimizə dəyişə bilək.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Paşinyanın tezisləri növbəti dəfə həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm də Azərbaycan tərəfindən rədd ediləcək”-FƏRİD ŞƏFİYEV

Read Next

“Həmvətənlərimiz xaricdə də erməni vəhşilikləri ilə üzləşir, amma etirazlar davam edir və davam edəcək”-MÜSAVAT BAŞQANI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir