“Bu, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində olacaq” – ƏLİ ƏHMƏDOV – FOTOLAR

2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov martın 6-da Bakıda keçirilən “İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Əli Əhmədov bildirib ki, keçən il qeyri-neft sektorunda 2 faizdən çox, kənd təsərrüfatında isə 3 faizdən artıq iqtisadi artım Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aparılan islahatların nəticəsi kimi qiymətləndirilir.

Baş nazirin müavini qeyd edib ki, bir neçə ilə Azərbaycanın əmək bazarına 120 minədək işçi qüvvəsi daxil olacaq. Bu isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kiçik və orta sahibkarlığın inkişafı nəticəsində baş verəcək.

Ə.Əhmədov bildirib ki, Azərbaycan və inkişaf və təkmilləşmə yolunda inamlı addımlar atır və vurğulayıb ki, bu faktı aparıcı beynəlxalq təşkilatlar qeyd edir:

“Bütün bunlar dövlətin balanslaşdırılmış iqtisadi siyasətinin nəticəsi kimi həm beynəlxalq münasibətlər sistemində, həm də dayanıqlı iqtisadi inkişaf baxımından Azərbaycanın əldə etdiyi uğurları təsdiq edən qlobal hesabatlarda əks olunub”.

***

SEVINCCCCCCCCCCCCCCC

İndiyədək Azərbaycanda həyata keçirilən layihələrə Dünya Bankından 4 milyard dollardan çox vəsait cəlb olunub.

Bunu isə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova  deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sırasında Dünya Bankının xüsusi yeri var.

O, deyib ki, 1990-cı ildən bu vaxtadək Dünya Bankı ilə 50-dən çox layihə icra edilib:

“Eyni zamanda Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın yaratdığı ciddi çətinliklərlə üzləşib. Bunun nəticəsində ölkə humanitar faciə ilə, bir milyon qaçqın və məcburi köçkünün olması ilə üzləşib. Bununla belə, Azərbaycan öz inkişaf yolunu davam etdirib və bu günkü nailiyyətlər bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat sahəsində təmin olunmuş yüksək səviyyəni nümayiş etdirir”.

Etikxeber.az

Read Previous

“Onlar valideynlərindən asılı olmayacaqlar…” – KAMİLƏ ƏLİYEVA

Read Next

“Qran-Pri”-yə qatılacaq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin viza prosedurları sadələşdiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir