“Bu, Qarabağ münaqişəsinin dinc yolla həllinə Ermənistanın vurduğu növbəti zərbə deməkdir…”-EKS-DEPUTAT

Ermənistan bu Bəyanatdan nəticə çıxarmalıdır!

Bu günlərdə Avropa Parlamentinin Ermənistanın işğal etdiyi torpaqları özününküləşdirmək cəhdlərinə qarşı qəbul etdiyi bəyanat beynəlxalq siyasi və hüquqi zərbə kimi dəyərləndirilə bilər.

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Ermənistan üzrə daimi məruzəçisi Trayan Besesku və Azərbaycan üzrə məruzəçisi Jelena Zavko tərəfindən Ermənistan ilə Dağlıq Qarabağı birləşdirəcək ücüncü magistral yolun tikintisi ilə bağlı Birgə Bəyanatı işğalçı dövlətin beynəlxalq hüquqa zidd əməllərinə verilmiş ən tutarlı bir qiymətdir.

Bəyanatdan da göründüyü kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağı birləşdirən üçüncü yolun çəkilişi işğalçı ölkə tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətin bir hissəsidir.

Təcavüzkar ölkənin bu hərəkətləri Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalını möhkəmləndirmək məqsədi güdməklə, həmin ərazilərdə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsinə, qanunsuz məskunlaşdırmanın davam etdirilməsinə, təbii sərvətlərin talan edilməsinə, istismar və daşınmasına xidmət edən siyasətin tərkib hissəsidir, işğalı möhkəmləndirməsidir.

Bu, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə Ermənistanın vurduğu növbəti zərbə deməkdir. Beynəlxalq təşkilatlar dəfələrlə Ermənistanın işğalda saxladığı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma, infrastruktur obyektlərinin yaradılması və digər hüquqa zidd hərəkətlərini pisləyib, bu siyasətin Dağlıq Qarabağ münaqişəsinin sulh yolu ilə tənzimlənməsi istiqamətində aparılan kostruktiv danışıqlara mane olduğunu diqqətə çatdırıb.

Avropa Parlamentinin 2010-cu ilin may ayında Cənubi Qafqazla bağlı qəbul etdiyi “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı qətnaməsini xatırlatmağa ehtiyac var. Həmin sənəddə də Ermənistanın təcavüzkar mövqeyinin Avropa Qonşuluq Siyasəti çərçivəsində bölgədə geniş əməkdaşlıq mühitinin təmin edilməsinə mane oldğuğu aydın şəkildə əks olunub. Avropa Parlamenti hələ 10 il əvvəl Ermənistanı öz silahlı qüvvələrini işğal etdikləri Azərbaycan torpaqlarından çıxarmağa çağırmışdı.

Bu gün də israrla beynəlxalq səviyyədə əsası olmayan və zor gücünə yaradılmış status-kvonun qorunub saxlanılmasından imtina etməyə çağıraraq Ermənistanın silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Ermənistanın bu əməlləri regionda sülh və təhlükəsizliyə ciddi təhdid və təhlükədir və Avropa strukturlarının Cənubi Qafqazda gerçəkləşdirdiyi və nəzərdə tutduğu genişmiqyaslı davamlı proqramların ruhuna ziddir, regionda əməkdaşlıq mühitini, etibar və etimadı zəiflədir.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramları məhz regionda qarşılıqlı etimad prinsipləri əsasında demokratik siyasi və iqtisadi islahatların dərinləşməsini nəzərdə tutur, Ermənistan isə Avropa Parlamentinin tövsiyələrinə məhəl qoymamaqla həm də Aİ-nin regional inkişaf strategiyasına qarşı çıxır. Avropa Parlamentinin həmsədrlərinin bəyanatında da vurğulandığı kimi Azərbaycan dövlətinin razılığı olmadan Ermənistanın bu ərazilərdə heç bir infrastruktur və digər tininti işləri aparmasl yolverilməz və qəbuledilməzdir.

Fakt odur ki, Ermənistan neçə ildir ki, beynəlxalq hüququ pozmaqda davam edir.Azərbaycan neçə ildir ki, BMT, Avropa Şurası, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında Ermənistanın bu məkrli niyyətlərini bəyan edir, bu siyasi təxribatlara qarşı konkret təsirli addımlar atılmasını tələb edir, bu təxribatların münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinin pozulmasına gətirib çıxaracaını bildirir.

Artıq dünya birliyi qətiyyətini nümayiş etdirməlidir, əks təqdirdə səbrinin həddi tükənən Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması üçün digər vasitələrdən istifadə etməyə məcbur qalacaq. Ermənistan hakimiyyəti unudur ki, onun sərhədlərindən Qarabağa uzanan bütün yollar Azərbaycan Ordusunun nəzarətindədir.

Milli Ordumuz 2016-cı və 2018-ci illərdə uğurlu döyüş əməliyyatları nəticəsində əldə etdiyi həmin strateji nöqtələrdən Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolların üzərindəki vəziyyəti çox dəqiqliklə izləyir.

Silahlı qüvvələrimiz həmin strateji yüksəkliklərdən Ermənistanın yaratdığı infrastrukturları, o cümlədən hərbi arsenalını və strateji obyektlərini məhv etmək üçün raket-artilleriya qurğu və sistemlərinə malikdir.

Ona görə də, Ermənistan Avropa Parlamentinin bəyanatından və Azərbaycanın xəbərdarlığından dərs çıxarmalıdır.

Vaqif ABDULLAYEV,

Sabiq deputat, siyasi elmlər doktoru

Etikxeber.az

Read Previous

Daha 367 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

9 bölgədə sərtləşdirilmiş karantin rejimi-BAŞA ÇATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir