Bu qüruru bizə yaşatdığı üçün cənab Prezidentə minnətdarıq – DEPUTAT YAZIR

 “Bu yol ulu öndər Heydər Əliyev yoludur…”

Bu gün bu qüruru bizə yaşatdığı üçün cənab Prezident İlham Əliyevə minnətdarıq…”

 “Həmkarımız, əziz qardaşımız, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri  Cavid Qurbanovu təbrik edir və daim yolunuz, yolumuz açıq olsun, deyirik…”

Dünən Azərbaycan, müasir müstəqillik tarixinin yeni bir möhtəşəm səhifəsini yazdı. Azərbaycan bir daha öz iqtisadi qüdrətini, güclü dövlət nümunəsini ortaya qoydu.  Bütün dünyanın kameraları bir daha ölkəmizə tuşlandı.Dünən, hamımızın məlumu olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir başa təşəbbüsü  və rəhbərliyi ilə başladılan Xəzər hövzəsi regionunun və Mərkəzi Aşıya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük  və  sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə , Avropaya çıxışına xidmət edən Bakı-Tbilisi- Qars dəmir yolunun təntənəli açılışı baş tutdu.

qars

baki-tbilisi

“…Bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir…”

İlham Əliyevin çıxışından

ilham-erdo

Bakı-tbilisi-qars-ilya

Bundan 11 il öncə, Dünya Azərbaycanlılarının 2-ci Qurultayında söylədiyi nitqində cənab Prezident demişdi: Türkiyəni Azərbaycana dəmiryolu ilə birləşdirmək – Qars- Axalkalaki – Tbilisi – Bakı  dəmir yolunu işə salmaq indi bizim əsas vəzifələrimizdən biridir və biz buna nail olacağıq. Dünənki açılış birinci növbədə ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyinin, sarsılmaz iradəsinin, onun həm ölkə daxilində, həm də region və eyni zamanda bütün dünya ölkələri baxımından  həyata keçirtdiyi uğurlu siyasətin nəticəsində baş tutmuşdur.

erdo-emine-ilya-mehi-vaxa

qars-1

Bu layihə sadəcə, regional, iqtisadi əsaslı bir layihə kimi qiymətləndirilməməlidir. Bakı – Tbilisi – Qars dəmir yolu iki qitəni polad əsaslarla birləşdirən güclü bir körpü, möhkəm bir təməl kimi qiymətlidir, unikal bir Avrasiya layihəsidir. Bu yol sabitliyə xidmət edir. Bu yol etibarlı yoldur. Və bundan sonra da 100 illiklər boyu ölkəmizin və regionun inkişafına, tərəqqisinə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.

Bu yol ulu öndər Heydər Əliyev yoludur. Onun ölməz ideyalarının, ideallarının gerçəkləşdirildiyi yoldur. Bu yol onun  adıyla bağlı olan, altına imzasını atdığı yüzlərlə əvəzsiz layihənin, o cümlədən, “Əsrin müqaviləsi”, Böyük İpək Yolu layihələrinin davamıdır. Və hər qarışında o böyük insanın gələcəyi bir Peyğəmbər dəqiqliyi ilə görə bilmək bacarığı, xalqı və ölkəsi üçün yaxşı nə varsa, onu etmək istəyi dayanır.

qars-2

Deyirlər ki, bir ölkəni dünyaya tanıdan onun təbii sərvətləri, görkəmli şəxsiyyətləri, mədəniyyəti və yollarıdır. Tanrı ölkəmizə bu dəyərlərin hamısını bəxş edib və biz bununla qürur duyuruq. Bu gün bu qüruru bizə yaşatdığı üçün cənab Prezident İlham Əliyevə minnətdarıq.

Və yeri gəlmişkən bu yolun çəkilişində iştirak edən 1000-lərlə işçini, gecə-gündüz  demədən ürəkdən çalışan 1000-lərlə vətənpərvəri və əlbəttə ki, hörmətli həmkarımız, əziz qardaşımız, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri  Cavid Qurbanovu təbrik edir və daim yolunuz, yolumuz açıq olsun, deyirik.

Jalə Əliyeva

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini

Filologiya elmləri doktoru, professor

Read Previous

Prezidentlər və xanımları birgə nahar ediblər – FOTO

Read Next

“Çünki haqsızdırlar, ədalətsizdirlər…” – ELŞƏN MUSAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir