“Bu regionda elə bir xalq yoxdur ki…” – MİLLƏT VƏKİLİ

Bu regionda elə bir xalq yoxdur ki, onun təmsilçisini dindirəndə özlərinin daha qüdrətli olduqlarını, dünyaya daha nəhəng şəxsiyyətlər bəxş etdiklərini deyərək bununla qürrələnməsin. Hər kəsin öz kökünə bağlılığını əks etdirən bu qürrələnmə təbiidir və faktdır.

Ancaq bu regionda hazırda azərbaycanlı qədər öz dövlətiylə həm fəxr, həm də ona haqq edən kimsə yoxdur.

Bu da faktdır və bu da təbiidir.

Bax, belə bir reallığın səbəbi olduğu kimi, səbəbakarı da var.

Bu gün o Səbəbkarın-Prezidentimizin ad günüdür.

Tanrının nəzəri həmişə üzərində olsun!

P.S. Burada bir çox dövlət başçılarının cənab İlham Əliyevə ad günü təbriklərində yer alan fikirlərini təqdim edirəm ki, orada da Azərbaycan Prezidentinin ilk növbədə ölkəmizin taleyində necə bir rol oynadığı aydın görünür.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko:
Azərbaycanın genişmiqyaslı nailiyyətləri Sizin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərinizi əyani şəkildə təsdiq edir.

Çin Xalq Respublikasının sədri Si Cinpin:
Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir.

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev:
Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov:
Əminəm ki, Sizin peşəkarlığınız və dövlətçilik fəaliyyəti sahəsində zəngin təcrübəniz qardaş Azərbaycanın daha da firavanlaşmasına və onun beynəlxalq nüfuzunun artmasına şərait yaradacaq.

Moldova Respublikasının Prezidenti İqor Dodon:
Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz və zəngin siyasi təcrübəniz haqlı olaraq Sizə nəinki Azərbaycanda, onun hüdudlarından uzaqlarda da böyük nüfuz qazandırıb.

Monteneqronun Prezidenti Filip Vuyanoviç:
Sürətlə dəyişən bugünkü dünyada Sizin rəhbərliyiniz ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib. Ölkənizin beynəlxalq qurumlar çərçivəsində məsələləri dialoq vasitəsilə həll etməyə sadiqliyi digərləri üçün mükəmməl modeldir. Eyni zamanda, dövlətiniz xalqınız üçün uzunmüddətli rifahı təmin etməyə müvəffəq olub.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev:
Özbəkistanda Sizin möhtərəm atanız – görkəmli dövlət xadimi, müstəqil və suveren Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyev böyük hörmətlə xatırlanır. Özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində bu Ulu İnsanın töhfəsi hər zaman minnətdarlıq hissi ilə qeyd olunur.
Biz Sizi haqlı olaraq atanızın başladığı böyük işlərin layiqli davamçısı, ölkənizdə və beynəlxalq aləmdə böyük nüfuza malik təcrübəli siyasi xadim, Özbəkistanın ən yaxın dostu hesab edirik.
Azərbaycan Respublikasının daxili və xarici siyasətində əldə edilən bütün nailiyyətlərin Sizin adınızla və uzaqgörən müdrik siyasətinizlə bağlı olduğunu və həqiqətən dünya miqyasında tanındığını xüsusi vurğulamaq istəyirəm.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin:
Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.
Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon:
Sizin yüksək peşəkarlığınız və dövlət başçısı vəzifəsində Azərbaycan cəmiyyətinin geniş dəstəyinə əsaslanan qurucu siyasətiniz dost Azərbaycanın daha da firavanlaşmasına və onun beynəlxalq nüfuzunun artmasına daim şərait yaradır.

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas:
Sizin xalqımızın hüquqlarına, müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizi yüksək qiymətləndiririk.

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Ərdoğan Əliyevə zəng vurdu, təbrik etdi…

Read Next

Sevinc Fətəliyeva yazır: “Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir