“Bu, sadəcə, “Soydaş haqqında” qanunla mümkündür…” – MİLLƏT VƏKİLİ

Əslən Gürcüstandan olan millət vəkili, Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov növbəti təkliflə çıxış edib.

O, “Soydaş haqqında” qanun layihəsinin hazırlanması və parlament müzakirələrinə çıxarılaraq, qəbul olunması təkliflini irəli sürüb.

Etikxeber.az-a açıqlamasında millət vəkili deyib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın ölkəmizə mədəni-mənəvi, elmi-siyasi cəhətdən yaxınlığı mütləqdir.

Onun sözlərinə görə, bunun üçün sosial-hüqiqi mexanizmin işlənməsi müstəsna əhəmiyyət daşıyır.

amasov-metbuat-aflatun

“Belə bir mexanizm üçün hüquqi baza rolunu “Soydaş haqqında” qanun oynaya bilər.

Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi ölkəmizin daxilində miqrant və əcnəbilərin hərəkət və fəaliyyətini tənzimləyir.

Lakin bu qanunvericilik soydaşlarımızı, o cümlədən, Gürcüstan vətəndaşı olan soydaşlarımızı əcnəbi statusunda təsdiqləyir.

Onların Azərbaycanla bağlılıqlarını möhkəmləndirmək üçün digər əcnəbilərdən fərqli statusda qəbul edilmələri vacibdir ki, bu da “Soydaş haqqında” qanunla mümkündür…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dəhşətli avtobus qəzası – ÖLƏNLƏRİN SAYI 23-ə ÇATDI – FOTO

Read Next

Dövlət Əməyin Mühafizəsi Fondu yaradıldı – NAZİRLƏR KABİNETİ QƏRAR VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir