Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Koalisyon qüvvələr İraqın ikinci böyük şəhəri olan Mosula hücuma hazırlaşırlar. ABŞ və Fransa təyyarələrinin bombardmanlarından sonra quru əməliyyata ehtiyac var”.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” statusunda qeyd edib.
O, qeyd edib ki, Mosula hücumla bağlı iki təhlükə var. Birinci təhlükə odur ki, hücum Mosulda böyük insan tələfatına gətirib çıxara bilər. Şəhəri nəzarətdə saxlayan DAİŞ insanlardan canlı qalxan kimi istifadə edəcək. İkinci təhlükə isə onunla bağlıdır ki, Mosulda minlərlə DAİŞ terrorçusu var:
“Aydındır ki, onların hamısını məhv etmək çətin olacaq. Demək onlar Mosulda sonadək savaşmaqdansa geri çəkilərək başqa məntəqələri ələ keçirə və qətliamlarını davam etdirə bilərlər. Ona görə də koalisyon qüvvələri Mosul ətrafındakı mühasirəni gücləndirmək məcburiyyətindədir”.
Politoloqun qeyd etdiyinə görə, Mosula hücumla başqa bir sual da aktualdır:
“İraqın baş naziri niyə Türkiyənin Mosula hücumda iştirak etməsinin əleyhinədir? Məncə rəsmi Bağdad ondan qorxur ki, Türkiyə Mosula hücumda iştirak edib uğur qazanarsa Türkiyə bu bölgədən asanlıqla çıxmayacaq. Çünki açıq danışmaq lazımdır ki, Mosul vaxtilə Osmanlı Türkiyəsinin tərkib hissəsi olduğundan “biz bu torpaqları o zaman niyə təhvil verdik” sualı Ankarada bu gün də aktualdır. Görünür, rəsmi Bağdadı Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın bugünlərdə səsləndirdiyi “1923-cü ildə imzalanan Lozanna anlaşması Türkiyənin maraqlarına cavab vermirdi” sözləri də qorxudub. Düşünürlər ki, Ərdoğan Osmanlı imperiyasını bərpa etmək istəyir”.
E. Şahinoğlu qeyd edib ki, Ərdoğanın daxilində Osmanlının bərpası istəyi olsa belə, hazırki regional şərtlər daxilində bu, mümkün deyil, bu, heç Türkiyəyə lazım da deyil:
“Fikrimcə, nə vaxtsa Suriya və İraqda problemlər həll olunarsa, Türkiyə silahlı qüvvələrinin bu iki dövlətdə hərbi varlığına ehtiyac qalmayacaq. Ancaq bu iki ölkədə sabitlik bərpa olunmayana qədər Türkiyə Suriya və İraqdan çıxmayacaq. Bu, Türkiyənin təbii haqqıdır. Çünki Türkiyəyə həm İraq, həm də Suriya ərazisindən təhlükə var, PKK, PYD, YPG və DAİŞ bu bölgələrdən Türkiyəyə qarşı istifadə edir, terror əsdirirlər”.
Etikxeber.az