“Bu vəhdəti, bu sarsılmazlığı heç nə-heç bir virus, heç bir böhran, heç bir güc əngəlləyə bilməyəcək…”-JALƏ ƏLİYEVA YAZIR

Son 10-15 ilə yaxın dövr ərzində Azərbaycanın ali-baş maliyyə sənədi, ölkənin inkişafının, iqtisadi qüdrətinin göstəricisi olan dövlət büdcəsi məhz sosialyönümlülüyü ilə fərqlənib.

2008-ci ildə başlayan və hələ də davam edən maliyyə-iqtisadi böhrandan, 2014-cü ilin sonları-2015-ci ilin əvvəllərində dünya bazarında neftin qiymətinin kəskin dərəcıdə aşağı düşməsindən, 2015-ci ilin üzücü 21 fevarl və 21 dekabr devalvasiyalarından, o cümlədən, bu ilin əvvəlindən dünyanı başına götürən koronavirus pandemiyasından, həmçinin, növbəti və dəhşətli dərəcədə neftin qiymətinin aşağı düşməsindən sonra da büdcəmiz sosialyönümlülüyünü qoruyub, saxlamaqdadır.

Son 6 aya yaxın ərzində ölkə əhalisinin təxminən yarısının, 5 milyon insanın sosial paketlə əhatə olunması, pandemiyanın ağır fəsadlarından qorunması bunun əyani təsdiqidir.

Elə bugünlərdə ali qanunverici orqanımız olan Milli Məclisdə keçirilən növbədənkənar sessiyanın 3 günlük iclası da Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin, ən əsası və xüsusilə, ölkə Prezidenti cənab İlham Əliyevin sosial məsələyə nə dərəcə həssas yanaşdığının, böyük önəm və əhəmiyyət yetirdiyinin növbəti təcəssümünə çevrildi.

İqtisadiyyatın demək olar ki, dayanmasına baxmayaraq, dövlət başçımız ölkə əhalisinin, sahibkarlar odusunun növbəti sosial dəstəklə əhatə olunması üçün hökumətə 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi tapşırığını verdi və qısa zamanda aidiyyatı qurumlar, hökumət dəyişikliklər layihəsini hazırlayıb Milli Məclisin, millət vəkillərinin müzakirəsinə təqdim etdi.

Dövlət büdcəsinə dəyişiklər edilməsi, dürüstləşdirmə aparılması ilə ölkədə həyata keçirilən dəstək proqramlarının davamlılığının təmin edilməsi, gerçəkləşdirilməsi üçün 600 milyon manat vəsaitin ayrılması nəzərdə tutuldu.

Heç təsadüfi deyil ki, MM-dəki müzakirələrin ikinci günündə, avqustun 6-da ölkə Prezidentinin sədrliyi ilə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirildi və bir daha sosial dəstək məsələsi önə çəkildi, qabardıldı.

Çıxışında “Biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur”-deyən dövlət rəhbərimiz növbəti dəfə birmənalı və qətiyyətli şəkildə bildirdi ki, nə olur-olsun, sosial layihələrin, dəstək proqramlarının icrası dayandırılmayacaq.

“Sosial dəstək bundan sonra da davam etdiriləcək”-deyə, çıxışına davam edən ölkə Prezidenti əsas məqsədin insanların sağlamlığ, bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətinin yaxşlaşdırlması, təmin edilməsi olduğunu bildirdi.

Həmçinin, hökumət, Nazirlər Kabineti qarşısında tapşıqlar qoydu, xüsusilə, 190 manatlıq ödəmənin avqust ayında da verilməsini tapşırdı. Elə müşavirənin səhəri gün Nazirlər Kabineti həmin tapşırığa uyğun şəkildə sərt xüsusi karantin rejimi tətbiq edilən rayon və şəhərlərin həssas təbəqədən olan insanlarına avqust ayında da 190 manatlıq ödəmənin verilməsini qərarlaşdırdı.

Bütün bunlar nəticə etibarı onun sübutu oldu və onu göstərir ki, ən ağır, ən çətin situasiyalarda belə Azərbaycan dövlətini, ölkə rəhbərini ilk öncə düşündürən onun vətəndaşı, insanıdır. Azərbaycan insanı, Azərbaycan vətəndaşı dövlət üçün bütün məsələlərin fövqündə dayanır.

Azərbaycan dövləti, ölkə rəhbəti hər zaman öz vətəndaşının yanındadır və hər zaman da belə olacaq.

Bu vəhdəti, bu sarsılmazlığı heç nə-heç bir virus, heç bir böhran, heç bir güc əngəlləyə bilməyəcək.

Bu vəhdətlik, bu sarsılmazlıq bu minvalla bundan sonra da davam edəcək və ölkəmizi növbəti qələbələrinə, zəfərlərinə çatdıracaq, qovuşduracaq.

Jalə ƏLİYEVA,

Millət vəkili  

Etikxeber.az

Read Previous

“Lukaşenko “ODKB”-də Putinlə dirəşir, Ermənistana təpinir, bizə ağır silah satır…Bu, az deyil…”-ERKİN QƏDİRLİ

Read Next

“Azərbaycan Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində-İŞTİRAK ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir