“Bu yolun yolçuları layiq olduqları cəzanı almalıdırlar və…”-MİLLƏT VƏKİLİ

Milli Məclisin mayın 1-də keçirilən iclasında cənab Prezident İlham Əliyevin təqdimatına əsasən Kamran Əliyevin respublikamızın Baş prokuroru vəzifəsinə təyin olunmasına millət vəkilləri olaraq yekdilliklə razılıq verdik. Ölkə Prezidenti həmin gün Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin olunması haqqında Sərəncam imzaladı.Öz adımdan və seçicilərim adından hörmətli Kamran müəllimi bu yüksək vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, Kamran Əliyev bu şərəfli və məsuliyyətli vəzifəsinin öhdəsindən layiqincə gələcək və prokurorluq sistemində yeni dövrün çağırışlarına cavab verən islahatların aparılmasına öz töhfələrini verəcək.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

O, xatırladıb ki, həmin gün ölkə Prezidenti Baş prokuroru videoformatda qəbul edərkən kadr islahatları məsələsinə geniş toxundu.

“Milli həmrəyliyə daha çox ehtiyac olduğu indiki dönəmdə hörmətli Prezidentimizin qeyd etdiyi kimi bəzi məmurlar qanunsuzluqlara yol verir, hətta imkansız ailələr üçün ayrılmış ərzaq yardımlarını mənimsəməkdən belə çəkinmirlər. Həqiqətən də, belə hərəkətlər vicdansızlıqdır. Bu yolun yolçuları layiq olduqları cəzanı almalıdırlar və alırlar da! Son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi bir sıra əməliyyatlar bunu təsdiqləyir. Dövlət başçısının qeyd etdiyi kimi, hər bir məmurun başlıca vəzifəsi xalqa xidmət etmək olmalıdır. Əks halda, qanunsuzluğa yol verənlər, rüşvət alanlar, insanları incidən məmurlara qarşı lazımi ölçülər götürüləcək. Ölkə Prezidenti tərəfindən ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyətimizin həyatı üçün böyük əhəmiyyət kəsb edir.Çünki biz kadr islahatlarının özündə yenilikləri, inkişafı ifadə etdiyini görürük. Hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişiliklər baş verir ki, bu da cəmiyyətimizdə rəğbətlə qarşılanır. Ölkə Prezidentinin kadr islahatlarının bundan sonra da davam etdiriləcəyini bəyan edib. Şübhəsiz ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu sahədə Avropa ölkələrindən çox geridəyik”-DEPUTAT NƏYİ TƏKLİF EDİR?

Read Next

Belçika millisi baş məşqçisi ilə yenidən-ANLAŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir