“Bütün bunlar çox yüksək göstəricilərdir…” – SONA ƏLİYEVA

Azərbaycan təhsilində həyata keçirilən sistemli islahatlar öz müsbət nəticələrini verməkdədir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində hər bir sahədə olduğu kimi təhsil sahəsində də mühüm uğurlar qazanılır. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, dövlət başçısı  elm və təhsili daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ardıcıl olaraq dövlət proqramları qəbul edilir, sərəncamlar, fərmanlar imzalanır.

Onun sözlərinə görə, həyata keçirilən uğurlu təhsil siyasətinin nəticəsi olaraq müəllim peşəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb.

maktab-12

“Artıq bu gün yeni dərs ili başladı. Hər bir ailə bu və ya digər təhsillə bağlıdır, ona görə də, vətəndaşlarımız yeni dərs ilinin sevincini yaşayır. Dövlətimizin məqsədi gənc nəslə yüksək təhil, bilik verərək onları vətənpərvər, intellektual vətəndaş və güclü bir şəxsiyyət kimi yetişdirməkdir. Onu da qeyd etmək lazımdır ki, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi də təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. 

Dövlətimizin  siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. Rəsmi məlumatlara görə, 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Bu təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil verilib.

41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. Ümumilikdə isə, 2003-2018-ci illər ərzində ölkəmizdə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. Bütün bunlar çox yüksək göstəricilərdir”-deyə, deputat qeyd edib.

Etikxeber.az

Read Previous

Əfqanıstan prezidenti Qoşulmama Hərəkatının Zirvə toplantısına qatılacaq – BAKIDA

Read Next

Deputatlar yerlərdə mədəniyyət obyektlərinin sayının artırılmasını vacib sayır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir