Co Baydenin andiçmə mərasimi sona-ÇATDI – FOTOLAR

Bu gün ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi keçirilib.

Etikxeber.az-ın məlumatına görə, Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib.  

Andiçmə mərasimi Kapitoliya binasının pilləkənlərində təşkil olunub.

Mərasimdə Ledi Qaqa ABŞ-ın himnini ifa edib.

Pandemiya səbəbindən mərasim ən qısa formatda və sosial məsafənin normalarına uyğun olaraq keçirilir. Andiçmə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakimiyyəti yeni komandaya vitse-prezidenti Mayk Pens ötürüb.

ABŞ-da 150 il sonra ilk dəfədir ki, hakimiyyəti əvvəlki prezident yeni seçilən prezidentə ötürməyib.

Qeyd edək ki, andiçmə mərasimində bir neçə saat əvvəl Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər.

Onlar andiçmə mərasimində iştirak etməyiblər.

Xatırladaq ki, Demokratları təmsil edən yeni ölkə başçısı ABŞ-ın 46-cı prezidentidir.

Etikxeber.az

Read Previous

Daha 322 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Read Next

Əkiz qardaşlar:Teymur və Seymur Abdullazadələr-BİRİ ŞƏHİD, BİRİ QAZİ OLDU – DEPUTAT ŞƏHİD VƏ QAZİ AİLƏSİ İLƏ BAĞLI MN-Ə MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir