“Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilsin”-MİLLƏT VƏKİLİ

Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur.

Etikxeber.az məlumat verir ki, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” qanunda 8-ci və “Sosial müavinətlər haqqında” qanunda 4-cü maddələrə yenidən baxılmasını vacib sayıb.

O, çoxuşaqlı ailə məsələsinə də baxılmasını təklif edib:

“Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Diferensial yanaşma bu sahədə çox vacibdir. Əgər çoxuşaqlı ailə modelini 5-dən 3-ə endirəriksə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər”.

Komitə sədri Musa Quliyev isə bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır:

“Biz bu təklifi dəstəkləyirik. Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda, onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.

Komitə sədri qeyd edib ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur.

“Onlar da bu məsələdə müsbət fikirdədirlər”-deyə, M. Quliyev əlavə edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev BP-nin yeni baş icraçı direktorunu-QƏBUL ETDİ – YENİLƏNİB

Read Next

“Qardaş Pakistan ilə möhkəm təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir…”-İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir