Dəyişikliklərdə əsas məqsəd bürokratik əngəlləri aradan qaldırmaqdır – KOMİTƏ SƏDRİ

Oktyabrın 8-də Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəliyə ikinci oxunuşla əlaqədar olaraq 8 məsələnin daxil olduğunu deyib.
O, deyib ki, b dəyişikliklərin əhəmiyyətli hissəsi bankların fəaliyyəti ilə əlaqədardır.
ziyad-2
“Biz sevinirik ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Heç şübhəsiz ki, bu sənəd ölkədəki bankların fəaliyyəində ciddi dönüşün yaranmasına səbəb olacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan sonra xeyli işlər görülüb. Bu yeni strukturdur. Ancaq bankların bir hissəsinin problemi həll olunmamış qalır”– deyə, komitə sədri qeyd edib.
Z.Səmədzadə söyləyib ki, bu gün nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi bankların real sektora dəstəyini artırmaq, bürokratik əngəlləri aradan qaldırmaqdır:
“Eləcə də digər qanun layihəri qanunların səmərəliliyinin artırılması və icra mexanizminin təkmilləşdirilməsini nəzərdə tutur”.
Vergi və Gömrük məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri  “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb.
Mülki Məcəlləyə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər ediləcək.
Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə “Banklar haqqında” Qanunu arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Dəyişikliyə əsasən bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz. Qanuna, həmçinin bir sıra texniki dəyişikliklərin edilməsi  də  nəzərdə  tutulub.
“İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
Mülki Məcəlləyə edilməsi nəzərdə tutulan növbəti  dəyişiklik isə daha çox dəqiqləşdirmə məqsədi daşıyır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Mülki Məcəllənin digər qanunverici aktlarla müqayisədə mülki münasibətlərin tənzimləməsində üstünlük hüququnu müəyyənləşdirir.
Üstünlük hüququnun qorunması məqsədi ilə hazırlanmış qanun layihəsi  beynəlxalq təcrübəyə əsaslanıb.
Müzakirələrdən sonra qanun layihələri plenar iclasın ikinci oxunuşuna tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Dəvət edin, şəffaflığın nə olduğunu sizə göstərək – İLHAM ƏLİYEV

Read Next

Hava hücumundan müdafiə bölmələrinin təlim-məşqləri keçirildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir