Dəhşətli avtoqəza: 7 nəfər DÜNYASINI DƏYİŞDİ – DİN DƏ MƏLUMAT YAYDI – YENİLƏNİB

İsmayıllı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər dünyasını dəyişib.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, artıq dünyasını dəyişən 7 nəfərin şəxsiyyəti müəyyən edilib.

İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-AL- 238 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Şəki sakini 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri – 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də təxminən 8-13 yaşlarında olan 3 uşaq – Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri kəsici alətlər vasitəsilə deformasiyaya uğrayan “Opel Zafira”da sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən şəxslərin meyitlərini çıxarıblar.

Hadisənin yağışlı havada yolun sürüşkən olması və sürücülərin avtomobilləri sürətlə idarəetməsi səbəbindən baş verdiyi bildirilir. “Toyota Prado” markalı minik avtomobilinin sürücüsünün  Böyük Britaniya vətəndaşı olduğu və onun xəsarət alaraq Qəbələ Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparıldığı bildirilir.

Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyi (DİN) də  İsmayıllıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub. Nəticədə R.Abbasov və onun avtomobilində olan sərnişinlər – Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimov, qızları Rüfanə, Turanə hadisə yerində ölüb, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Etikxeber.az

Read Previous

Prezident: “Dünyada təhdidlər artır və…” – FOTO – YENİLƏNİB

Read Next

“Bunlar əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafının göstəricisidir” – BAHAR MURADOVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir